"Üzümçülük və şərabçılıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 24-cü bəndini rəhbər tutaraq qərara alır:
“Üzümçülük və şərabçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No–1, maddə 3; 2003, No– 1, maddə 15, No– 12 (I kitab), maddə 674; 2005, No– 4, maddə 278; 2007, No– 5, maddə 397, No– 10, maddə 938; 2008, No– 12, maddə 1044) aşağıdakı dəyişikliklər edilsin:
1. 5.0.3-cü maddəyə “dözümlü” sözündən sonra “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin;
2. 6.1-ci maddəyə “əkin materialları” sözlərindən əvvəl “genetik modifikasiya olunmamış” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 oktyabr 2013-cü il
No– 776-IVQD
Fayl şəklində yüklə

