"Sərhəddən keçən su axınlarının və beynalxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya"ya düzəlişlərin təsdiq edilməsi haqqında
“Sərhəddən keçən su axınlarının və beynalxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”ya
düzəlişlərin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Sərhəddən keçən su axınlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi üzrə Konvensiya”nın 25-ci və 26-cı maddələrinə 2003-cü il noyabrın 28-də Madrid şəhərində qəbul edilmiş düzəlişlər təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
No– 817-IVQ
Fayl şəklində yüklə

