"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–12, maddə 740; 2002, No–12, maddə 706; 2003, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684, No–10, maddələr 873, 905, No–12, maddə 1083; 2006, No–3, maddələr 223, 225, No–6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007, No–2, maddə 80, No–12, maddə 1203; 2008, No–3, maddə 158, No–6, maddə 462, No–7, maddə 602, No–12, maddə 1047; 2009, No–1, maddə 5, No–2, maddə 56, No–3, maddə 160, No–7, maddə 519, No–12, maddə 947; 2010, No–4, maddə 276, No–6, maddə 485, No–10, maddə 840, No–11, maddə 939; 2011, No–1, maddə 12, No–4, maddələr 245, 264, No–11, maddə 985, No–12, maddə 1100; 2012, No–1, maddə 4, No–6, maddələr 508, 518, No–7, maddə 646, No–10, maddə 947,No–12, maddələr 1216, 1227 və 1229; 2013, No–3, maddə 213, No–5, maddə 474) aşağıdakı dəyişikliklər edilsin:
1. 27.2-ci maddədə “mülkiyyət şəhadətnaməsinin” sözləri “daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın” sözləri ilə əvəz edilsin.
2. aşağıdakı məzmunda 27.4-cü maddə əlavə edilsin:
“27.4. Daşınmaz əmlak üzərində hüquqların “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu əsasında dövlət qeydiyyatına alınanadək verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsasında həmin hüquqların dövlət reyestrində qeydiyyata alınması barədə, hüquq sahibinin iradəsindən asılı olmayan səbəbdən daşınmaz əmlak obyektinin ünvanının dəyişdirilməsi, habelə qeydiyyat orqanı tərəfindən buraxılan texniki səhvlərin aradan qaldırılması ilə əlaqədar daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə dövlət reyestrindən çıxarışın verilməsi üçün dövlət rüsumu tutulmur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
No– 826-IVQD
Fayl şəklində yüklə