"Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
1. “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” Azərbaycan Respublikasının Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–12, maddə 739; 2004, No–1, maddə2; 2008, No–12, maddə 1054) 1-ci və 2-ci maddələrində “2001-ci il yanvarın 1-dən başlayaraq 3 il müddətinə” sözləri “2014-cü il yanvarın 1-dən başlayaraq 5 il müddətinə” sözləri ilə əvəz edilsin.
2. Bu Qanun 2014-cü il yanvarın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
No– 829-IVQD
Fayl şəklində yüklə