"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş "Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında”
Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş
“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq 
q ə r a r a   a l ı r :

“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 689; 2001, No– 11, maddə 677; 2002, No– 5, maddə 237; 2003, No– 6, maddə 273, No– 8, maddə 419; 2004, No– 7, maddə 522, No– 10, maddə 784, No– 12, maddələr 982, 987; 2005, No– 4, maddə 283, No– 10, maddə 884; 2007, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; 2010, No– 7, maddə 605, No– 11, maddələr 942, 943, 961; 2011, No– 3, maddə 166, No– 7, maddə 613; 2012, No– 2, maddə 54, No– 3, maddə 192, No– 6, maddə 525, No– 9, maddə 840, No– 11, maddə 1059; 2013, No– 3, maddə 233, No– 6, maddə 597; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli      743-IVQD və 744-IVQD nömrəli qanunları) əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Cəlilabad rayonu” bölməsində aşağıdakı dəyişikliklər edilsin:
1. 18.14-cü sıranın “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xanəgah,” sözündən sonra “Türkelli,” sözü əlavə edilsin.
2. 18.18-ci sıranın “Əhatə etdiyi ərazi vahidləri” sütununda “İcarə” sözü “Eçara” sözu ilə əvəz edilsin.


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 22 noyabr 2013-cü il
No– 831-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU