"Azərbaycan Respublikasının "Vətənə xidmətə görə" ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə”
Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq  q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “Vətənə xidmətə görə” ordeninin statutunun və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 514-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 12, I kitab, maddə 678; 2006, No– 11, maddə 934) ilə təsdiq edilmiş “Vətənə xidmətə görə” ordeninin təsviri”ndə aşağıdakı dəyişikliklər edilsin:

1. İkinci hissənin ikinci cümləsində “səkkizguşəli ulduzun yığılması iki kvadrat təşkil edir” sözləri “səkkizguşəli ulduzun üzərində dairə yerləşdirilmiş” sözləri ilə əvəz edilsin.

2. Dördüncü hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin.

3. Beşinci hissə aşağıdakı redaksiyada verilsin:

“Orden paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçüdə, aşağıya doğru bucaq altında kəsilən xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Lent hər birinin eni 12 mm olan, Azərbaycan Respublikasının Dövlət bayrağının rənglərini əks etdirən 3 maili zolaqdan ibarətdir. Orta zolaq milli ornamentlə bəzədilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü, ordenin dərəcəsinə uyğun metaldan təbəqə bərkidilir.”.

4. Altıncı hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 725-IVQD

 

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU