"Azərbaycan Respublikasının "Dövlət qulluğunda fərqlənməyə görə" medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə" Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

“Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin
təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli
Qanununda dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq   q ə r a r a   a l ı r :

“Azərbaycan Respublikasının “Dövlət qulluğunda fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2003-cü il 7 noyabr tarixli 515-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, No– 12, I kitab, maddə 679; 2006, No– 11, maddə 934) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin Qanunla təsdiq edilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalının təsviri”ndə:
1.1. ikinci hissədə “nömrəsi” sözündən əvvəl “seriyası və” sözləri əlavə edilsin;
1.2. üçüncü hissədə:
1.2.1. “27 mm x 47,5 mm ölçüdə sarımtıl-çəhrayı çalarlı beşbucaqlı”  sözləri “37 mm x 50 mm ölçüdə qırmızı çalarlı, mərkəzində açıq-qızılı milli ornament, kənarlarında 2 mm ölçülü açıq-qızılı və 1 mm ölçülü qara rəngli şaquli zolaqlar təsvir olunmuş düzbucaqlı” sözləri ilə əvəz edilsin;
1.2.2. hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçüdə, aşağı hissəsinə aypara və səkkizguşəli ulduz yerləşdirilmiş mərkəzindən kənarlarına doğru şüalar istiqamətlənmiş, eni kənarlarda 10 mm, mərkəzdə 7 mm olan bürünc rəngli təbəqə bərkidilir.”;
1.3. dördüncü hissədə “27 mm x 9 mm” sözləri “37 mm x 10 mm” sözləri ilə əvəz edilsin.

2. Həmin Qanuna əlavə edilmiş “Dövlət qulluğunda fərqlənməyə görə” medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2013-cü il
No– 736-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU