Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Sazişin təsdiq edilməsi barədə AZƏRBAYCAN RESPUBLIKASININ Q A N U N U

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikası Hökuməti və Türkiyə

Respublikası Hökuməti arasında gömrük

sahəsində əməkdaşlıq və qarşılıqlı yardım

haqqında Sazişin təsdiq edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

 

 

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

 

I. 2004-cü il aprelin 13-də Ankara şəhərində imzalanmış Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında gömrük sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında Saziş təsdiq edilsin.

 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

 

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

 

Bakı şəhəri, 29 iyun 2004-cü il

№ 710-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU