Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, (II kitab), maddə 585; 2001, No– 7, maddə 455; 2002, No– 1, maddə 9, No– 5, maddə 233, No– 8, maddə 463; 2003, No– 6, maddə 276; 2004, No– 5, maddə 321, No– 7, maddə 505, No– 8, maddə 598, No– 10, maddə 761, No– 11, maddə 890; 2005, No– 1, maddə 4, No– 4, maddə 278, No– 6, maddə 462, No– 8, maddə 686, No– 10, maddə 874, No– 12, maddə 1079; 2006, No– 1, maddə 3, No– 2, maddə 64, No– 5, maddə 390, No– 10, maddə 847, No– 11, maddə 929, No– 12, maddə 1032; 2007, No– 2, maddələr 65, 68, No– 6, maddə 560, No– 7, maddə 712, No– 8, maddə 756, No– 11, maddə 1049, No– 12, maddə 1221; 2008, No– 6, maddə 462, No– 7, maddələr 606, 607, No– 12, maddələr 1045, 1049; 2009, No– 5, maddə 315, No– 7, maddə 517, No– 12, maddə 966; 2010, No– 3, maddələr 171, 173, 178, No– 7, maddə 593, No– 12, maddə 1058; 2011, No– 6, maddə 480, No– 7, maddələr 589, 599; 2012, No– 7, maddə 674, No– 11, maddə 1062, No– 12, maddə 1215; 2013, No–2, maddə 77, No–6, maddələr 616, 626, No–7, maddə 786) aşağıdakı dəyişikliklər edilsin:

1. 155.5-ci maddə üzrə:
1.1. “ilə əlaqədar” sözləri “, habelə müalicə və ya digər zərurətlə bağlı Azərbaycan Respublikası hüdudlarından kənara çıxması ilə əlaqədar əvvəlcədən” sözləri ilə əvəz edilsin.
1.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Çağırış üzə gəlmək və məlumat vermək barədə iltizama əməl edilmədikdə bu Məcəllənin 155.1-ci maddəsində nəzərdə tutulan əsasların mövcudluğu məsələsinə yenidən baxılır.”.

2. 519-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 519. Cəzaları icra edən müəssisə və ya orqaların təqdimatı (vəsatəti) əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrasına dair başqa məsələlərin həll edilməsi
519.1. Məhkumun yaşayış yeri üzrə məhkəmə cəzaları icra edən müəssisənin və ya orqanın təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır:
519.1.1. hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran şəxsə təyin olunmuş cəzanın digər cəza növü ilə əvəz edilməsi barədə;
519.1.2. şərti məhkumetmə zamanı sınaq müddətinin uzadılması, şərti məhkum edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələrin dəyişdirilməsi, habelə şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilməsi, məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş cəzanın çəkilməsi üçün göndərilməsi barədə;
519.1.3. cəzasının çəkilməsi təxirə salınmış məhkumun cəzadan azad edilməsi və ya belə məhkumun cəzasının çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsi barədə;
519.1.4. cəzanın çəkilməsinin təxirə salınmasının ləğv edilməsi və məhkumun azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi üçün göndərilməsi barədə;
519.1.5. tibbi xarakterli məcburi tədbirlərin ləğv edilməsi barədə.
519.2. Məhkumun yaşayış yeri üzrə məhkəmə bu Məcəllənin 152-ci maddəsinə uyğun olaraq cəzaları icra edən müəssisənin və ya orqanın vəsatəti və prokuroruntəqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun qərarının icrası ilə əlaqədar aşağıdakı məsələlərə baxır:
519.2.1. hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran şəxsin hökmün, yaxud məhkəmənin digər yekun qərarının icrası yerinə məcburi göndərilməsi və ya ona təyin olunmuş cəzanın müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməsi və bununla bağlı məsələlərin həlli üçün məhkumun tutulması barədə;
519.2.2. şərti məhkumetmənin və ya şərti olaraq vaxtından əvvəl azad etmənin ləğv edilərək məhkumun məhkəmənin hökmü ilə təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə növündəcəzanın çəkilməsi üçün göndərilməsi və bununla bağlı məsələlərin həlli üçün məhkumun tutulması barədə.
519.3. Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzasının vaxtında icrasına mane olan üzrlü səbəblər olduqda cəzanı icra edən orqanın təqdimatı əsasında əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin saxlanıldığı yer üzrə birinci instansiya məhkəməsi həmin cəzanın Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsində müəyyən edilmiş icra müddətinin uzadılması məsələsinə baxır.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 3 dekabr 2013-cü il
No– 834-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU