"Patent haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 13-cü bəndini rəhbər tutaraq qərara alır:
“Patent haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 414; 2004, No–7, maddə 505; 2006, No–2, maddə 64; 2009, No–12, 951; 2012,No–7, maddə 644) aşağıdakı dəyişikliklər edilsin:
1. 4-cü maddə aşağıdakı redaksiyada verilsin:
“4. İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələri
4.1. İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələri aşağıdakılardan ibarətdir:
4.1.1. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlət siyasətinin formalaşdırılması və həyata keçirilməsi;
4.1.2. ixtira, faydalı model və sənaye nümunələrinə hüquqların dövlət tərəfindən qorunması;
4.1.3. ixtira, faydalı model və sənaye nümunələri üçün patentin verilməsi;
4.1.4. ixtira, faydalı model və sənaye nümunələrinin dövlət reyestrinin aparılması;
4.1.5. ixtira, faydalı model və sənaye nümunələrindən istifadə sahəsində dövlət nəzarətinin təşkili və həyata keçirilməsi;
4.1.6. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və təcrübə mübadiləsinə şərait yaradılması;
4.1.7. ixtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində digər tədbirlərin həyata keçirilməsi.
4.2. İxtira, faydalı model və sənaye nümunələrinin mühafizəsi və onlardan istifadə sahəsində dövlətin vəzifələrini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir.”.
2. 5-ci maddənin birinci hissəsində “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
3. 10-cu maddə üzrə:
3.1. üçüncü hissədə “qanunvericiliyə uyğun olaraq” sözü“müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözü ilə və “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz edilsin;
3.2. dördüncü hissədə “uzadıla bilər” sözləri “uzadılır” sözü ilə əvəz edilsin.
4. 13-cü maddə üzrə:
4.1. birinci hissədə “qanunvericiliklə” sözü “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
4.2. səkkizinci hissədə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə” sözləri “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri ilə əvəz edilsin;
4.3. doqquzuncu hissədə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin;
5. 14-cü maddənin dördüncü hissəsində “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada” sözləri “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
6. 15-ci maddənin ikinci hissəsində “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
7. 16-cı maddənin üçüncü hissəsində “verilə bilər” sözləri “verilir” sözü ilə əvəz edilsin.
8. 17-ci maddədə ikinci halda “Azərbaycan Respublikasının qanunvericiliyi ilə ” sözləri “Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
9. 18-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin.
10. 19-cu maddənin beşinci hissəsində “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin.
11. 20-ci maddə üzrə:
11.1. birinci hissədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada” sözləri ilə əvəz edilsin;
11.2. ikinci hissədə “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin.
12. 24-cü maddə üzrə:
12.1. 24-cü maddənin birinci hissəsi aşağıdakı redaksiyada verilsin:
“1. Patent hüquqlarını pozan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə uyğun məsuliyyət daşıyırlar.”;
12.2. ikinci hissəsində “qanunvericiliklə” sözü “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə” sözləri ilə əvəz edilsin.
13. 27-ci maddə üzrə:
13.1.birinci hissəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Müvafiq icra hakimiyyəti orqanının vəzifəli şəxsləri öz vəzifələrini yerinə yetirərkən və həmin orqanla əmək münasibətlərinə xitam verildikdən sonra 1 il ərzində patent barəsində iddia sənədi verə bilməzlər.”;
13.2. ikinci hissənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“İddiaçı iddia sənədini müvafiq icra hakimiyyəti orqanına bilavasitə və ya müvafiq icra hakimiyyəti orqanında qeydiyyata alınmış patent müvəkkili vasitəsilə verir.”;
13.3. ikinci hissənin 2-ci və 3-cü bəndləri çıxarılsın və 4-cü və 5-ci bəndlər müvafiq olaraq 2-ci və 3-cü bənd hesab edilsin;
13.4. beşinci hissə ləğv edilsin;
13.5. səkkizinci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanı iddia sənədi materiallarının rəsmi bülletendə dərcinə dair qərar qəbul edənədək iddiaçı düzəlişlərin və əlavələrin 1 aylıq müddət keçdikdən sonra edilməsinə dair vəsatət vermək hüququna malikdir.”.
14. 28-ci maddənin səkkizinci hissəsi və doqquzuncu hissəsində “müəyyən edilmiş haqqın ödənilməsi şərtilə” sözləri çıxarılsın;
15.29-cu maddə üzrə:
15.1. birinci hissənin birinci cümləsində “ekspertizasına dair müəyyən edilmiş haqqın ödənildiyini təsdiqləyən sənədi aldığı” sözləri “daxil olduğu” sözləri ilə əvəz edilsin;
15.2. ikinci hissənin 2-ci bəndində “(müəyyən edilmiş haqqı ödəmək şərti ilə)” sözləri çıxarılsın;
15.3. üçüncü hissənin 4-cü bəndində “iddiaçı müəyyən edilmiş haqqı ödədikdən sonra” sözləri çıxarılsın;
15.4. beşinci hissənin 3-cü bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Əvvəlki iddia sənədinin ilkinliyi ayrılmış iddia sənədi üçün də saxlanılır.”;
15.5. beşinci hissənin 5-ci bəndi çıxarılsın və 6-cı bənd müvafiq olaraq 5-ci bənd hesab edilsin;
15.6 səkkizinci hissənin ikinci cümləsi çıxarılsın;
15.7 onuncu hissənin 1-ci bəndi aşağıdakı redaksiyada verilsin:
“Müvafiq icra hakimiyyəti orqanı iddia sənədinin verildiyi tarixdən 18 ay ərzində iddiaçının və ya marağı olan başqa şəxsin vəsatəti əsasında obyektin patent qabiliyyətini müəyyənləşdirmək üçün məlumat axtarışını aparır.”;
15.8. onuncu hissənin 2-ci bəndində “müəyyən edilmiş haqqın ödənilməsi şərtilə” sözləri çıxarılsın və “aparıla bilər” sözləri “aparılır” sözü ilə əvəz edilsin.
16. 30-cu maddə üzrə:
16.1. birinci hissənin ikinci cümləsində “, müəyyən edilmiş haqq ödənilməklə” sözləri çıxarılsın;
16.2. beşinci hissənin 1-ci bəndində “, müəyyən edilmiş haqqı ödəmək şərti ilə” sözləri çıxarılsın.
17. 32-ci maddənin dördüncü hissəsində “verilə bilər” sözləri “verilir” sözü ilə, beşinci hissəsində “ala bilər” sözləri “almaq hüququna malikdir” sözləri ilə əvəz edilsin.
18. 33-cü maddənin ikinci hissəsində “qanunvericiliklə” sözü “qanunla” sözü ilə əvəz edilsin.
19. 37-ci maddənin birinci hissəsinin birinci bəndində və ikinci hissəsində “sayıla bilər” sözləri “sayılır” sözü ilə əvəz olunsun.
20. 38-ci maddə üzrə:
20.1. birinci hissəsində “edə bilər” sözləri “edir” sözü ilə əvəz edilsin;
20.2. üçüncü hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
“İxtira, faydalı model və sənaye nümunəsi patentinin qüvvədə saxlanılması üçün müəyyən edilmiş illik rüsumu vaxtında ödəməyən patent sahibi tərəfindən ötürülmüş tarixdən 5 il müddətindən gec olmayaraq müvafiq dövlət rüsumu ödənildikdə, patentin qüvvəsi bərpa edilir.”.
21. 39-cu maddədə “(müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş haqqın ödənildiyi hallar istisna olmaqla)” sözləri çıxarılsın.
22. 40-cı maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada ” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin.
23. 41-ci maddədə “Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada” sözləri “inzibati qaydada və” sözləri ilə əvəz edilsin.
24. Aşağıdakı məzmunda 30-1-ci maddə əlavə edilsin:
“30-1. İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulu və onların ekspertizasının təşkili
İxtira, faydalı model və sənaye nümunəsi ilə bağlı iddia sənədinin qəbulunu (iddia sənədinin ilkin və mahiyyətcə ekspertizası daxil olmaqla), vəhdət təşkil etməyən bir neçə iddia obyektindən ibarət olan iddia sənədinin ayrılması halında onun müstəqil iddia sənədi kimi qəbulunu, iddia sənədində düzəlişlərin və əlavələrin edilməsini, iddia sənədinə dair məlumatın dərc edilməsini (o cümlədən müəyyən edilmiş müddətdən tez dərc edilməsini), maraqlı şəxslərin iddia sənədi ilə tanış olmasını (o cümlədən müvafiq ixtira, faydalı model və sənaye nümunəsinin təsvirinin, çertyojlarının, rəsmlərinin və fotoşəkillərinin alınmasını), məlumat axtarışının aparılmasını, Konvensiya ilkinliyinin və ya daha əvvəl verilmiş iddia sənədi üzrə ilkinliyin müəyyən edilməsini, iddia sənədlərinin (o cümlədən ilkinlik üzrə sənədlərin və iddia sənədinə düzəlişlərin və əlavələrin) təqdim edilmə müddətinin uzadılmasına dair vəsatətlərə baxılmasını müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış ixtisaslaşmış hüquqi şəxs həyata keçirir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 22 noyabr 2013-cü il
No– 822-IVQD
Fayl şəklində yüklə