"Körpələrin və erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Körpələrin erkən yaşlı uşaqların qidalanması haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998- ci il, No– 1, maddə 12; 1999-cu il, No– 4, maddə 225; 2000-ci il, No– 8 (III kitab), maddə 587; 2001-ci il, No– 3, maddələr 142, 145, No– 5, maddələr 295, 298, No– 11, maddə 683; Azərbaycan Respublikasının 5 dekabr 2003-cü il tarixli 538-II QD nömrəli Qanunu) 17-ci maddəsinə aşağıdakı məzmunda 9-cu bənd əlavə edilsin:

"9. Körpələr erkən yaşlı uşaqlar üçün süni qida məhsullarının reklamında aşağıdakı hallara yol verilmir:

- süni qida məhsullarında körpələrin təsvir olunmasına;

- qida formulları barədə məlumatların elmi uşaqlara qayğı məsələləri üzrə ixtisaslaşmış nəşrlərdən başqa digər nəşrlərdə verilməsinə;

- süni qida məhsulları ilə bağlı reklam xarakterli materialların tibb müəssisələrində yayılmasına;

- süni qida məhsullarının reklamında süni qidalanmanın ana südünə bərabər ya ondan üstün olması təsəvvürünün yaradılmasına ya ana südünün üstünlüyünün qeyd olunmamasına;

- süni qida məhsulları ilə bağlı məlumatların hamilə qadınlar analar arasında yayılmasına.".

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 8 (I kitab), maddə 584; 2001-ci il, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002-ci il, No– 1, maddə 9, No– 4 (I kitab), maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003-cü il, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425; Azərbaycan Respublikasının 2003-cü il 5 dekabr tarixli 536-II QD, 9 dekabr tarixli 556-II QD 557-II QD nömrəli qanunları) aşağıdakı məzmunda 65-1-ci maddə əlavə edilsin:

"Maddə 65-1. Körpələrin erkən yaşlı uşaqların qidalanması

haqqında qanunvericiliyin pozulması

65-1.0. Süni qida məhsullarının istehsalçıları distribütorları tərəfindən körpələrin erkən yaşlı uşaqların qidalanması haqqında qanunvericiliyin pozulmasına, yəni:

65-1.0.1. süni qida məhsullarının satış-sərgisinin xüsusi nümayişinin reklam məqsədi ilə təşkil edilməsinə;

65-1.0.2. uşaqların qidalanması ilə bağlı elmi tədqiqat işlərini müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan maliyyələşdirilməsinə;

65-1.0.3. səhiyyə sistemi işçilərinin elmi praktik konfranslarda, sessiyalarda, tibbi təhsil təcrübəsində iştirakına, tibb assosiasiyalarının fəaliyyətinə müvafiq icra hakimiyyəti orqanının müsbət rəyi olmadan sponsorluq edilməsinə görə -

fiziki şəxslər şərti maliyyə vahidinin on beş mislindən iyirmi mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin qırx mislindən altmış mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin iki yüz mislindən iki yüz əlli mislinədək miqdarda cərimə edilir.".

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 yanvar 2004-cü il

No– 574-II QD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU