"Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulmaq barəsində

Qanunlar      Paylaşın:        

"Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulmaq barəsində

AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. Azərbaycan Respublikası 1999-cu il iyunun 17-də Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatının Baş konfransı tərəfindən qəbul edilmiş "Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə onların aradan qaldırılması üçün təcili tədbirlərə dair" Konvensiyaya (onun müddəalarını tamamlayan 190 nömrəli Tövsiyə daxil olmaqla) qoşulsun.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2004-cü il

No– 585-IIQ

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU