Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında

AZƏRBAYCAN  RESPUBLİKASININ  QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:

Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–8, I kitab, maddə 583; 2001, No–7, maddə 454, No–9, maddə 576, No–12, maddə 734; 2002, No–5, maddə 249, No–12, maddə 707; 2003, No–8, maddə 425, No–12, I kitab, maddə 671; 2004, No–1, maddə 1, No–11, maddə 887, No–12, maddə 980; 2005, No– 2, maddə 61, No–8, maddə 688, No–12, maddə 1081; 2006, No– 12, maddələr 1005, 1026; 2007, No–1, maddə 4, No–6, maddə 597, No–8, maddə 745, No–11, maddə 1053, No–12, maddə 1192; 2008, No–7, maddə 602, No–11, maddə 960; 2009, No–7, maddə 506; 2011, No–1, maddə 14, No–7, maddələr 588, 603, No–12, maddə 1115; 2012, No–6, maddələr 500, 513, No–7, maddə 652, No–9, maddə 841, No–12, maddə 1226; 2013, No–2, maddə 91,No–4, maddə 366; Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabrtarixli 762-IVQD nömrəli və 22 noyabr tarixli 827-IVQD nömrəli qanunları)aşağıdakı dəyişikliklər edilsin:

1. 50.1.7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“50.1.7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədənişəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi hallarının aşkar edilməsi;”.

2. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 58.10-cu maddəsi aşağıdakı redaksiyada verilsin:
“58.10. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 27 dekabr 2013-cü il
No– 877-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU