Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–4, II kitab, maddə 251, No–5, maddə 323, No–12, maddə 835; 2001, No–1, maddə 24, No–7, maddə 455; 2002, No–1, maddə 9, No–5, maddələr 236, 248, 258, No–6, maddə 326, No–8, maddə 465; 2003, No–6, maddələr 276, 279, No–8, maddələr 424, 425, No–12, I kitab, maddə 676; 2004, No–1, maddə 10, No–4, maddə 200, No–5, maddə 321, No–8, maddə 598, No–10, maddə 762, No– 11, maddə 900; 2005, No–1, maddə 3, No–6, maddə 462, No–7, maddə 575, No–10, maddə 904, No–11, maddə 994; 2006, No–2, maddələr 71, 72, 75, No–5, maddə 390, No–12, maddələr 1008, 1020, 1028; 2007, No–2, maddə 68, No–5, maddə 398, No–6, maddələr 560, 562, 579, No–8, maddə 757, No–10, maddələr 937, 941, No–11, maddələr 1049, 1080, 1090, No–12, maddə 1221; 2008, No–6, maddələr 454, 461, No–7, maddə 602, No–10, maddə 884, No–12, maddələr 1047, 1049; 2009, No–5, maddə 315, No–7, maddə 517, No–12, maddə 953; 2010, No–2, maddə 70, No–3, maddələr 171, 178, No–4, maddələr 275, 276, No–7, maddə 591; 2011, No–4, maddə 253, No–6, maddə 472, No–7, maddələr 587, 601, 621, No–11, maddə 980, No–12, maddə 1093; 2012, No–2, maddə 45, No–3, maddələr 193, 196, No–7, maddələr 666, 669, 673, No–11, maddə 1068, No–12, maddə 1223; 2013, No– 1, maddə 14, No– 2, maddə 102, No– 4, maddə 364, No– 5, maddələr 459, 479, 481, No– 6, maddələr 594, 600; Azərbaycan Respublikasının 2013-cü il 30 sentyabr tarixli 745-IVQD nömrəli, 22 oktyabr tarixli 771-IVQD nömrəli və 29 oktyabr tarixli 798-IVQD nömrəli qanunları) aşağıdakı məzmunda 162-1-ci maddə əlavə edilsin:
“Maddə 162-1. Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədənişçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi
162-1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədənxeyli sayda işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi-
yeddi min manatdan on min manatadək miqdarda cərimə və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
162-1.2. Eyni əməllər təkrar törədildikdə-
üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Qeyd:Bu maddədə “xeyli sayda” dedikdə, on nəfər və ondan çox olan işçilərin sayı nəzərdə tutulur.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il
No– 878-IVQD
Fayl şəklində yüklə