Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–8, I kitab, maddə 583; 2001, No–7, maddə 454, No–9, maddə 576, No–12, maddə 734; 2002, No–5, maddə 249, No–12, maddə 707; 2003, No–8, maddə 425, No–12, I kitab, maddə 671; 2004, No–1, maddə 1, No–11, maddə 887, No–12, maddə 980; 2005, No–2, maddə 61, No–8, maddə 688, No–12, maddə 1081; 2006, No–12, maddələr 1005, 1026; 2007, No–1, maddə 4, No–6, maddə 597, No–8, maddə 745, No–11, maddə 1053, No–12, maddə 1192; 2008, No–7, maddə 602, No–11, maddə 960; 2009, No–7, maddə 506; 2011, No–1, maddə 14, No–7, maddələr 588, 603, No–12, maddə 1115; 2012, No–6, maddələr 500, 513, No–7, maddə 652, No–9, maddə 841, No–12, maddə 1226; 2013, No–2, maddə 91, No–4, maddə 366; Azərbaycan Respublikasının 2013-cü il 22 oktyabrtarixli 762-IVQD nömrəli və 22 noyabr tarixli 827-IVQD nömrəli qanunları) 102.1.6-cı maddədə “200” rəqəmləri “250” rəqəmləri və “2400” rəqəmləri “3000” rəqəmləri ilə əvəz edilsin.
Maddə 2. Bu Qanunun 1-ci maddəsində nəzərdə tutulmuş dəyişikliklər 2013-cü il sentyabrın 1-dən tətbiq edilir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 dekabr 2013-cü il
No– 881-IVQD
Fayl şəklində yüklə