Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No–3, maddə 203; 2001-ci il, No–1, maddə 26, No–3, maddə 149, No–6, maddə 375; 2002-ci il, No–5, maddələr 237, 241; 2003-cü il, No–1, maddə 14) 6-cı maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda altıncı bənd əlavə edilsin:

"6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaqlar;";

6-9-cu bəndlər müvafiq olaraq 7-10-cu bəndlər hesab edilsin.

II. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999- cu il, No–8, maddə 478; 2001-ci il, No–12, maddə 736; 2002-ci il, No–5, maddələr 237, 241; 2003-cü il, No–1, maddə 11, No–6, maddə 256, No–8, maddə 423) 110-cu maddəsinin onuncu abzasında "öhdəliklərin yerinə yetirilməməsi" sözlərindən sonra "Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 80-130 metrlik zolağının altında olan torpaq sahələrinin hasara alınması yolu ilə ya digər üsullarla bağlanılması dənizin sahilinə gediş-gəlişin məhdudlaşdırılması" sözləri əlavə edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2004-cü il

No– 587-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU