"Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında" Sazişin təsdiq edilməsi barədə
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara
malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 4-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Azərbaycan Respublikası Hökuməti və İsrail Dövləti Hökuməti arasında diplomatik və xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” 2013-cü il dekabrın 19-da Bakı şəhərində imzalanmış Saziş təsdiq edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 3 fevral 2014-cü il
No– 889-IVQ
Fayl şəklində yüklə