"Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Televiziya radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər əlavələr edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :

I. "Reklam haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998-ci il, No– 1, maddə 12; 1999-cu il, No– 4, maddə 225; 2000-ci il, No– 8 (III kitab), maddə 587; 2001-ci il, No– 3, maddələr 142, 145, No– 5, maddələr 295, 298, No– 11, maddə 683; 2003-cü il 5 dekabr tarixli 538-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu) aşağıdakı əlavə dəyişikliklər edilsin:

1. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:

"Maddə 12. Teleradio proqramlarında (verilişlərində) reklamın xüsusiyyətləri
Teleradio proqramlarında (verilişlərində) reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzimlənir.".

2. 17-ci maddənin 1-ci bəndində: səkkizinci abzasında "yerli vaxtla saat 7.00-dan 22.00-dək" sözləri çıxarılsın; doqquzuncu abzasdan "radio televerilişlərdə," sözləri çıxarılsın; on ikinci abzas çıxarılsın.

3. 17-ci maddənin 5-ci bəndinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Həkim resepti ilə verilən dərmanların teleradio proqramlarında (verilişlərində) reklamı qadağandır.".

II. "Kütləvi informasiya vasitələri haqqında" Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No– 2, maddə 82; 2001-ci il, No– 12, maddə 736; 2002-ci il, No– 3, maddə 116, No– 5, maddə 245) aşağıdakı dəyişikliklər əlavələr edilsin:

1. 5-ci maddənin birinci hissəsində "bu Qanundan," sözlərindən sonra "Televiziya radio yayımı haqqında"sözləri əlavə edilsin.

2. 14-cü maddəyə aşağıdakı məzmunda səkkizinci hissə əlavə edilsin:

"Teleradio yayımçısının təsis edilməsi qaydaları müvafiq qanunvericiliklə müəyyən edilir.".

3. 21-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilsin:

"Teleradio yayımında xəbərlərin buraxılışı siyasi informasiya proqramları sponsorların maliyyə köməyi ilə hazırlana bilməz.";

ikinci-dördüncü hissələr müvafiq olaraq üçüncü-beşinci hissələr hesab edilsin;beşinci hissədə "verilişlərdə" sözü "verilişlərin (proqramların) əvvəlində sonunda firma nişanını göstərməklə, yaxud" sözləri ilə əvəz edilsin.

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2004-cü il

No– 588-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU