"Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

"Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ

Q A N U N U

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. "Vətəndaşların pensiya təminatı haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992-ci il, No– 18, maddə 814; 1994-cü il, No– 15, maddə 177; 1995-ci il, No– 22, maddə 354; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997-ci il, No– 6, maddələr 453, 494; 1998-ci il, No– 1, maddə 10; 1999-cu il, No– 5, maddə 284; 2000-ci il, No– 6, maddə 379; 2001-ci il, No– 2, maddə 88, No– 3, maddə 145, No– 6, maddə 363; No– 12, maddə 736; 2002-ci il, No– 5, maddə 246, No– 6, maddə 328, No– 8, maddələr 463, 464; 2003- il, No– 1, maddə 16) 17-ci maddəsinin altıncı hissəsi aşağıdakı redaksiyada verilsin:

"Səlahiyyət müddətləri qurtardıqdan sonra pensiya yaşına çatmış sabiq hakimlərə axırıncı yerlərində aldıqları istənilən beş ilin orta aylıq əmək haqlarının 80 faizi miqdarında pensiya verilir əmək haqqı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. "Məhkəmələr hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun keçirilmiş təyinatlardan əvvəl işləmiş həmin vaxt pensiya yaşına çatmış sabiq hakimlərə bu müddəalar şamil edilir.".

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 yanvar 2004-cü il

No– 589-IIQD

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU