Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin 1-ci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır:
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 8, I kitab, maddə 584; 2001, No– 1, maddə 24, No– 3, maddə 139, No– 7, maddə 455, No– 11, maddələr 680, 698, No– 12, maddə 731; 2002, No– 1, maddə 9, No– 4, I kitab, maddə 165, No– 5, maddələr 234, 237, 239, No– 6, maddə 326, No– 8, maddə 463, No– 12, maddə 692; 2003, No– 1, maddələr 3, 13, 23, No– 4, maddələr 177, 178, No– 5, maddə 228, No– 6, maddələr 257, 276, 279, No– 8, maddələr 407, 425, No– 12, I kitab, maddələr 676, 696, II kitab, maddələr 713, 714; 2004, No– 1, maddələr 6, 7, 10, 13, No– 4, maddələr 200, 201, 204, No– 5, maddələr 313, 314, 317, 321, No– 6, maddə 397, No– 8, maddələr 596, 597, No– 10, maddələr 762, 779, No– 11, maddə 900, No– 12, maddə 973; 2005, No– 1, maddələr 5, 6, No– 2, maddə 61, No– 4, maddələr 272, 273, 275, 278, No– 6, maddələr 462, 466, No– 7, maddə 576, No– 8, maddələr 691, 692, No– 10, maddələr 875, 877, 904, No– 11, maddələr 993, 994, 995, No– 12, maddələr 1083, 1085; 2006, No– 2, maddələr 64, 68, No– 3, maddələr 219, 220, 223, 225, No– 5, maddə 385, No– 6, maddə 478, No– 11, maddələr 923, 924, 932, No– 12, maddələr 1005, 1020, 1024; 2007, No– 1, maddələr 3, 4, No– 2, maddələr 65, 68, No– 5, maddələr 397, 398, 401, 440, No– 6, maddələr 560, 561, 562, 579, No– 8, maddə 757, No– 10, maddələr 935, 936, 938, 940, No– 11, maddələr 1048, 1049, 1053, 1070, 1077, 1080, 1089, 1091, No– 12, maddələr 1195, 1211, 1217, 1218, 1221; 2008, No– 2, maddə 47, No– 3, maddələr 146, 152, 159, No– 4, maddə 249, No– 5, maddə 340, No– 6, maddələr 454, 460, 461, 464, No– 7, maddələr 601, 602, 605, No– 8, maddələr, 699, 701, 711, No– 10, maddələr 884, 885, No– 11, maddələr 956, 957, No– 12, maddələr 1045, 1047, 1049; 2009, No– 2, maddələr 36, 45, 49, 52, 53, No– 5, maddələr 309, 315, No– 6, maddələr 404, 405, No– 7, maddələr 517, 518, 519, No– 8, maddə 611, No– 12, maddələr 953, 954, 966, 971; 2010, No– 2, maddələr 70, 71, No– 3, maddələr 167, 171, 178, No– 4, maddələr 275, 276, No– 5, maddələr 379, 380, No– 6, maddə 483, No– 7, maddələr 577, 591, 594, 595, 598, 600, No– 10, maddə 838, No– 11, maddələr 936, 938, 949, No– 12, maddə 1059; 2011, No– 2, maddələr 70, 71, No– 3, maddələr 162, 164, 167, 168, 170, No– 4, maddələr 246, 254, No– 6, maddələr 470, 479, 487, No– 7, maddələr 596, 614, No– 10, maddə 881, No– 11, maddə 981, No– 12, maddələr 1094, 1095, 1099, 1103, 1106; 2012, No– 1, maddə 3, No– 2, maddə 50, No– 3, maddə 194, No– 4, maddə 271, No– 5, maddə 404, No– 6, maddə 499, No– 7, maddələr 649, 665, 667, No– 9, maddə 843, No– 11, maddələr 1046, 1047, 1055, 1064, 1069; 2013, No– 1, maddələr 12, 13, 23, No– 2, maddələr 90, 100, No– 3, maddələr 205, 218, 220, 225, No– 4, maddələr 354, 361, No– 5, maddələr 461, 473, 480, No– 6, maddələr 601, 617, 627, 629, No– 7, maddə 777, No– 8, maddə 888, No– 11, maddələr 1287, 1294, 1300, 1304, 1311, No– 12, maddələr 1471, 1480, 1496) aşağıdakı dəyişikliklər edilsin:
1. 155.2.1-ci maddədən “və ya xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 155.2-3-cü maddə əlavə edilsin:
“155.2-3. Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə -
əlli manat miqdarında cərimə edilir.”.
3. 370-3-cü maddə üzrə:
3.1. 370-3.1-ci maddə ləğv edilsin;
3.2. 370-3.2-ci maddənin:
3.2.1. birinci cümləsində “bildirişi” sözü (birinci halda) “inzibati xəta haqqında işlər üzrə sənədi” sözləri ilə, “bildirişdə” sözü “sənəddə” sözü ilə, “bildirişi” sözü (ikinci halda) “sənədi” sözü ilə əvəz edilsin;
3.2.2. ikinci cümləsində “bildiriş” sözü “inzibati xəta haqqında işlər üzrə sənəd” sözləri ilə əvəz edilsin;
3.3. 370-3.3-cü və 370-3.4-cü maddələrdə “Bildirişin” sözü “İnzibati xəta haqqında işlər üzrə sənədin” sözləri ilə əvəz edilsin.
4. Aşağıdakı məzmunda 391.1-1-ci maddə əlavə edilsin:
“391.1-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır.”.
5. 410-1.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“410-1.1. Bu Məcəllənin 151.1, 151.2, 151.3, 151.3-1, 151.3-2, 151-1, 151-2.1, 151-3 və 158-1.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları (inzibati xəta hadisəsinin baş verməsini və hansı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən törədilməsini sübut edən foto və ya video materiallar) real vaxt rejimində elektron formada birbaşa müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür, inzibati xəta haqqında protokol həmin xətanı törətmiş şəxsin iştirakı olmadan “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd formasında real vaxt rejimində tərtib edilir və mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir.”.
6. 410-1.2-ci maddənin ikinci cümləsində “avtomatik rejimdə işləyən” sözləri çıxarılsın.
7. 410-1.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“410-1.8. Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə:
410-1.8.1. bu Məcəllənin 410-1.6-cı maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, nəqliyyat vasitəsinin istifadəçisini səlahiyyətli orqana çağırmaq;
410-1.8.2. nəqliyyat vasitəsini dayandıraraq törədilmiş belə xətalar haqqında bu Məcəllənin 410-1.1-ci maddəsinin tələblərinə uyğun olmayan protokol tərtib etmək qadağandır.”.
8. 421.3-cü maddədə “məlumat” sözü “informasiya” sözü ilə əvəz edilsin.
9. 446.1.6-cı maddədən “, 313-2.2” rəqəmləri çıxarılsın.
10. 451.7-ci maddənin ikinci cümləsində “3” rəqəmi “2” rəqəmi ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 mart 2014-cü il
No– 917-IVQD
Fayl şəklində yüklə