"Terrorçuluğa qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 8, maddə 475; 2001-ci il, No– 11, maddə 676; 2002-ci il, No– 5, maddə 258; 2004-cü il, No– 3, maddə 133; 2005-ci il, No– 10, maddə 871; 2009-cu il, No– 2, maddə 46; 2010-cu il, No– 3, maddə 178) 1-ci maddəsinin 11-ci abzasında “214,” rəqəmlərindən sonra “214-2, 214-3,” rəqəmləri, “219-1,” rəqəmlərindən sonra “226, 227,” rəqəmləri əlavə edilsin, “və 282-ci” sözləri “, 282 və 283-1-ci” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 14 mart 2014-cü il
No– 921-IVQD
Fayl şəklində yüklə