"Bədən tərbiyəsi və idman haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:
“Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, No– 8, maddə 613; 2010, No– 6, maddə 489; 2011, No– 2, maddə 71; 2013, No– 11, maddə 1281) aşağıdakı dəyişikliklər edilsin:
1.  16.8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“16.8. Paralimpiya, deflimpiya, xüsusi olimpiya idman növləri üzrə respublika və beynəlxalq miqyaslı yarışlarda iştirak zamanı idmançılar Paralimpiya, Deflimpiya və Xüsusi Olimpiya komitələri tərəfindən bu Qanunun 60.1-ci maddəsinə uyğun olaraq icbari qaydada sığorta edilir.”;
2.  60-cı maddə üzrə:
2.1.  60.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“60.1. Bədən tərbiyəsi ilə məşğul olan şəxslər, idmançılar, idman hakimləri, məşqçilər, bədən tərbiyəsi və idman sahəsində digər mütəxəssislər peşəkar (əmək) fəaliyyətləri ilə əlaqədar "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada sığorta edilir.”;
2.2.  60.2-ci maddə ləğv edilsin;
3. 62-ci maddədə “müvafiq qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 934-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU