"Dövlət qulluqçularının icbari sığortası haqqında" Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət qulluqçularının icbari sığortası haqqında”
Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" Azərbaycan Respublikasının 2010-cu il 11 may tarixli 999-IIIQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:
“Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, No– 5, maddə 247; 2003, No– 12 (I kitab), maddə 671; 2005, No– 8, maddə 692; 2007, No– 6, maddə 560; 2008, No– 6, maddə 462, No– 7, maddə 602; 2009, No–6, maddə 399) ləğv edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 933-IVQ


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU