"Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi
sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 27-ci bəndini rəhbər tutaraq qərara alır:
“Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 10, maddə 569; 2001, No– 12, maddə 736; 2005, No– 8, maddə 692; 2006, No– 11, maddə 928; 2007, No– 6, maddə 560; 2008, No– 8, maddə 695, No– 11, maddə 960; 2009, No– 12, maddə 966; 2013, No– 4, maddə 357; Azərbaycan Respublikasının 2013-cü il 17 dekabr tarixli 846-IVQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1.  7-ci maddənin ikinci hissəsi ləğv edilsin;
2.  9-cu maddənin ikinci hissəsində “qanunvericiliyinə uyğun olaraq” sözləri “Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda” sözləri ilə əvəz edilsin;
3.  11-ci maddədə “qanunvericiliyi” sözü “qanunları” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 931-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU