"Sahibkarlıq fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraq, “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının 2011-ci il 24 iyun tarixli 165-IVQ nömrəli Qanununu nəzərə alaraq qərara alır:
“Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1992, No–23, maddə 1013; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No–1, maddə 6, No–3, maddə 226, No–4, maddə 280; 2000, No–7, maddə 489; 2001, No–11, maddə 686, No–12, maddə 736; 2002, No–5, maddələr 241, 248; 2003, No–1, maddələr 1, 16, No–12, I kitab, maddə 673; 2006, No–8, maddə 657; 2007, No–8, maddə 745, No–10, maddə 938; 2008, No–2, maddə 49, No–5, maddə 348; 2010, No–4, maddə 276; 2013, No–11, maddə 1283) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin birinci hissəsinin on dördüncü abzasında “sığorta” sözündən əvvəl “könüllü” sözü əlavə edilsin;
2. 11-ci maddənin 5-ci hissəsinin üçüncü abzasında “qanunvericilikdə” sözü “qanunla” sözü ilə əvəz edilsin;
3. 15-ci maddədə “qanunvericiliyə” sözü “qanuna” sözü ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 927-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU