"Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci və 13-cü bəndini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8, maddə 603; 2006, No– 6, maddə 482; 2007, No– 8, maddə 745; 2008, No– 3, maddə 154; 2009, No– 12, maddə 948; 2011, No– 11, maddə 983; 2012, No– 6, maddə 509, No– 7, maddə 688, No– 11, maddə 1053; 2013, No– 6, maddələr 607 və 623, No– 7, maddə 791, No–12, maddə 1484; Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 880-IVQD Qanunu) aşağıdakı dəyişikliklər edilsin:
1. 5-ci maddə üzrə:
1.1. 5.4-cü maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Sorğunun və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
1.2. aşağıdakı məzmunda 5.7-ci maddə əlavə edilsin:
“5.7. Dövlət reyestrindən arayışların və onun əldə edilməsi üçün ərizələrin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
2. 10-cu maddə üzrə:
2.1. 10.1-ci maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
2.2. aşağıdakı məzmunda 10.4-cü maddə əlavə edilsin:
“10.4. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
3. 14-cü maddə üzrə:
3.1. 14.2-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
3.2. 14.3-cü maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
4. 15.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
5. 16-cı maddə üzrə:
5.1. 16.1-ci maddənin ikinci cümləsində “yazılı məlumat” sözləri “bildiriş” sözü ilə əvəz edilsin;
5.2. aşağıdakı məzmunda 16.1-1-ci maddə əlavə edilsin:
“16.1-1. Bu Qanunun 16.1-ci maddəsində nəzərdə tutulmuş ərizə və bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
6. 18.2-ci maddəyə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
7. 19.1-ci maddəyə aşağıdakı məzmunda dördüncü cümlə əlavə edilsin:
“Ərizənin və müraciətin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
8. Aşağıdakı məzmunda 20.6-cı maddə əlavə edilsin:
“20.6. İpotekanın dövlət qeydiyyatına alınması, ipotekanın dövlət qeydiyyatının ləğvi barədə ərizələrin və ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin formaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 937-IVQD
Fayl şəklində yüklə