"Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş " Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı"nda dəyişikliklər edilməsi barədə
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “
Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 3-cü bəndini rəhbər tutaraq q ə r a r a a l ı r :
“Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 12, maddə 689; 2001, No– 11, maddə 677; 2002, No– 5, maddə 237; 2003,No– 6, maddə 273, No– 8, maddə 419; 2004, No– 7, maddə 522, No– 10, maddə 784,No– 12, maddələr 982, 987; 2005, No– 4, maddə 283, No– 10, maddə 884; 2007, No– 3, maddə 212, No– 11, maddə 1051; 2008, No– 5, maddələr 346, 347, No– 8, maddə 708, No– 11, maddə 959; 2009, No– 4, maddə 214, No– 7, maddələr 503, 511, No– 10, maddə 770, No– 12, maddə 963; 2010, No– 7, maddə 605, No– 11, maddələr 942, 943, 961; 2011, No– 3, maddə 166, No– 7, maddə 613; 2012, No– 2, maddə 54, No– 3, maddə 192, No– 6, maddə 525, No– 9, maddə 840, No– 11, maddə 1059; 2013, No– 3, maddə 233,No– 6, maddə 597; No– 11, maddələr 1262, 1263; No– 12, maddə 1490)əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Xaçmaz rayonu” bölməsinin 27.6-cı sırasında “Xaraxoba” sözü “Palıdlı” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 4 aprel 2014-cü il
No– 938-IVQD
Fayl şəklində yüklə