"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə
"Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I."Ətraf mühitin mühafizəsi haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No–8, maddə 472; 2001-ci il, No–3, maddə 148; 2002-ci il, No–5, maddə 238; 2003-cü il, No–4, maddə 178) aşağıdakı dəyişikliklər edilsin:
1. 28-ci maddənin 1.6-cı bəndində və IX fəslin adında "tərbiyə" sözü "maarifləndirmə" sözü ilə əvəz edilsin;
2. 59-cu maddədə:
2.1. maddənin adı aşağıdakı redaksiyada verilsin:
"Ekoloji təhsil və maarifləndirmə";
2.2. 1-ci hissə aşağıdakı redaksiyada verilsin:
"1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi ilə bağlı münasibətlər müvafiq qanunla tənzimlənir.";
2.3. 2-ci və 3-cü hissələr çıxarılsın və 4-cü hissə müvafiq olaraq 2-ci hissə hesab edilsin.
II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, No–8, I kitab, maddə 584; 2001-ci il, No–1, maddə 24; No–3, maddə 139; No–7, maddə 455; No–11, maddələr 680, 698; No–12, maddə 731; 2002-ci il No–1, maddə 9; No–4, I kitab, maddə 165; No–5, maddələr 234, 237, 239; No–6, maddə 326; No–8, maddə 463; No–12, maddə 692; 2003-cü il, No–1, maddələr 3, 13, 23; No–4, maddələr 177, 178; No–5, maddə 228; No–6, maddələr 257, 276, 279; No–8, maddələr 407, 425; Azərbaycan Respublikasının 2003- cü il 7 noyabr tarixli 512-IIQD nömrəli, 5 dekabr tarixli 536-IIQD nömrəli, 9 dekabr tarixli 556-IIQD nömrəli, 557-IIQD nömrəli və 558-IIQD nömrəli, 30 dekabr tarixli 569-IIQD nömrəli, 2004-cü il 6 yanvar tarixli 574-IIQD nömrəli Qanunları) aşağıdakı məzmunda 84-1-ci maddə əlavə edilsin:
"Maddə 84-1. Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulması Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında qanunvericiliyin pozulmasına görə -xəbərdarlıq edilir və ya şərti maliyyə vahidinin on mislindən qırx mislinədək miqdarda cərimə edilir.".
III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 mart 2004-cü il
No– 600-IIQD

