Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 22 noyabr tarixli 824-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədarqərara alır:
Azərbaycan Respublikasının Vergi Məcəlləsində (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No–8, I kitab, maddə 583; 2001, No–7, maddə 454, No–9, maddə 576, No–12, maddə 734; 2002, No–5, maddə 249, No–12, maddə 707; 2003, No–8, maddə 425, No–12, I kitab, maddə 671; 2004, No–1, maddə 1, No–11, maddə 887, No–12, maddə 980; 2005, No–2, maddə 61, No–8, maddə 688, No–12, maddə 1081; 2006, No–12, maddələr 1005, 1026; 2007, No–1, maddə 4, No–6, maddə 597, No–8, maddə 745, No–11, maddə 1053, No–12, maddə 1192; 2008, No–7, maddə 602, No–11, maddə 960; 2009, No–7, maddə 506; 2011, No–1, maddə 14, No–7, maddələr 588, 603, No–12, maddə 1115; 2012, No–6, maddələr 500, 513, No–7, maddə 652, No–9, maddə 841, No–12, maddə 1226; 2013, No–2, maddə 91, No–4, maddə 366, No–11, maddə 1278, No–12, maddələr 1483, 1486, 1495; 2014, No–2, maddələr 94, 98) aşağıdakı dəyişikliklər edilsin:
1. 102.1.18-ci maddə aşağıdakı redaksiyada verilsin:
“102.1.18. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən fiziki şəxslərə ödənilən kompensasiya;”.
2. 106.1.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 106.1.14−106.1.16-cı maddələr əlavə edilsin:
“106.1.14. kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi şəxslərin bu fəaliyyətdən əldə etdikləri gəlirləri - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə;
106.1.15. körpələr evlərinin, körpələr evi-uşaq bağçalarının, uşaq bağçalarının, xüsusi uşaq bağçalarının və uşaq evlərinin bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə;
106.1.16. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hüquqi şəxslərə ödənilən kompensasiya.”.
3. 159.9-cu və 220.8-ci maddələrdə “219.1.2-ci” sözləri “219.3-cü” sözləri ilə əvəz edilsin.
4. 164.1.17-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 164.1.18-ci maddə əlavə edilsin:
“164.1.18. kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 5 il müddətinə.”.
5. Aşağıdakı məzmunda 199.9-cu maddə əlavə edilsin:
“199.9. Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər həmin fəaliyyət prosesində istifadə olunan əmlaka görə 2014-cü il yanvarın 1-dən 5 il müddətinə əmlak vergisini ödəməkdən azaddırlar.”.
6. 219-cu maddə üzrə:
6.1. 219.1-1-ci, 219.1.2-ci, 219.1.3-cü, 219.2-ci və 219.2.1-ci maddələr müvafiq olaraq 219.2–219.6-cı maddələr hesab edilsin;
6.2. aşağıdakı məzmunda 219.7-ci və 219.8-ci maddələr əlavə edilsin:
“219.7. Kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014-cü il yanvarın 1-dən 5 il müddətinə sadələşdirilmiş verginin vergitutma obyektinə daxil edilmir.
219.8. Körpələr evləri, körpələr evi-uşaq bağçaları, uşaq bağçaları, xüsusi uşaq bağçaları və uşaq evləri 2014-cü il yanvarın 1-dən 10 il müddətinə sadələşdirilmiş vergini ödəməkdən azaddırlar.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 may 2014-cü il
No– 959-IVQD
Fayl şəklində yüklə