"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8, maddə 601; 2006, No– 2, maddə 64, No– 3, maddə 221; 2007, No– 11, maddə 1078; 2008, No– 8, maddə 710; 2010, No– 3, maddə 172) 7.2.9-cu maddəsində “buraxılan şəxslərin öyrənilməsi” sözləri “buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq keçirilməsi” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il
No– 985-IVQD
Fayl şəklində yüklə