"Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında" Avropa Çərçivə Konvensiyasının və onun Əlavə protokollarının təsdiq edilməsi barədə
"Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında" Avropa Çərçivə Konvensiyasının və onun Əlavə protokollarının təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. 1980-ci il mayın 21-də Madrid şəhərində imzalanmış "Ərazi icmaları və hakimiyyət orqanları arasında transsərhəd əməkdaşlıq haqqında" Avropa Çərçivə Konvensiyası və onun Əlavə protokolları müvafiq bəyanatlarla (bəyanatların mətni əlavə olunur) təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 9 yanvar 2004-cü il
No– 576-IIQ

