"Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini rəhbər tutaraqq ə r a r a a l ı r :
“Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 1, maddə 8; 2005, No– 1, maddə 1, No– 8, maddə 700; 2006, No– 2, maddə 70; 2008, No– 2, maddə 49; 2010, No– 4, maddə 265; 2012, No– 1, maddə 2, No– 7, maddə 651; 2013, No– 12, maddə 1479; 2014, No– 2, maddə 78) aşağıdakı dəyişikliklər edilsin:
1. 14.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 14.1.9-cu və 14.1.10-cu maddələr əlavə edilsin:
“14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat;
14.1.10. qurumun ləğv edilməsi barədə məlumat.”.
2. 14.2.4-cü maddəyə “yaşayış yeri” sözlərindən sonra “, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti” sözləri əlavə edilsin.
3. 16.5-ci maddədə “ərizəni” sözü “sənədləri” sözü ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 iyun 2014-cü il
No– 991-IVQD
Fayl şəklində yüklə