"Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq, “Avtomobil yolları haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə”Azərbaycan Respublikasının2013-cü il 14 may tarixli  648-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar  qərara alır:

1. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No–12, maddə 740; 2002, No–12, maddə 706; 2003, No–1, maddə 23, No–8, maddə 428, No–12, I kitab, maddələr 676, 698; 2005, No–1, maddə 1, No–6, maddə 462, No–8, maddə 684, No–10, maddələr 873, 905, No–12, maddə 1083; 2006, No–3, maddələr 223, 225, No–6, maddə 481, No–12, maddələr 1015, 1029; 2007, No–2, maddə 80, No–12, maddə 1203; 2008, No–3, maddə 158, No–6, maddə 462, No–7, maddə 602, No–12, maddə 1047; 2009, No–1, maddə 5, No–2, maddə 56, No–3, maddə 160, No–7, maddə 519, No–12, maddə 947; 2010, No–4, maddə 276, No–6, maddə 485, No–10, maddə 840, No–11, maddə 939; 2011, No–1, maddə 12, No–4, maddələr 245, 264, No–11, maddə 985, No–12, maddə 1100; 2012, No–1, maddə 4, No–6, maddələr 508, 518, No–7, maddə 646, No–10, maddə 947, No–12, maddələr 1216, 1227, 1229; 2013, No–3, maddə 213, No–5, maddə 474, No–11, maddələr 1269, 1279, 1299, 1301, 1308, No–12, maddələr 1485, 1504; 2014,No–1, maddə 6) aşağıdakıməzmunda 18.65.10-cu maddə əlavə edilsin:

“18.65.10. Avtomobil yollarının vahid dövlət reyestrindən çıxarış verilməsi üçün-10 manat.”.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 iyun 2014-cü il
No– 996-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU