"Avtomobil yolları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alır:
 
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 3, I kitab,maddə 125; 2001, No– 12, maddələr 731, 736; 2004, No– 11, maddə 901; 2006, No– 6, maddə 478; 2007, No– 5, maddə 436, No– 10, maddə 938; 2008, No– 5, maddə 348, No– 7, maddə 602; 2012, No– 6, maddə 506; 2013, No– 6, maddələr 599, 624; Azərbaycan Respublikasının 2014-cü il 4 aprel tarixli 935 nömrəli Qanunu) 23-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1. Beşinci hissə aşağıdakı redaksiyada verilsin:
“Ümumi istifadədə olan avtomobil yolları müvafiq icra hakimiyyəti orqanı tərəfindən adlandırılır.”.

2. Yeddinci, səkkizinci və doqquzuncu hissələr ləğv edilsin.

 


İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 20 iyun 2014-cü il
No– 997-IVQD

 


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU