"Polis haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Polis haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, No– 11, maddə 611; 2001, No– 11, maddə 699, No– 12, maddə 731; 2002, No– 3, maddə 118, No– 6, maddə 328; 2003,    No– 1, maddə 22, No– 8, maddə 424; 2004, No– 2, maddə 57, No– 3, maddə 133; 2006, No– 2, maddələr 74, 75, No– 11, maddə 927; 2007, No– 8, maddə 756; 2008, No– 4, maddə 251, No– 7, maddə 602, No– 8, maddə 696, No– 10, maddə 883; 2009, No– 6, maddələr 399, 401; 2010, No– 2, maddə 74, No– 3, maddə 171; 2014, No– 2, maddə 87) aşağıdakı dəyişikliklər edilsin:
1. 1-ci maddənin 7-ci abzasında “əl-qolu bağlama” sözlərindən sonra “və elektroşok” sözləri əlavə edilsin.
2. 26-cı maddəyə aşağıdakı məzmunda III-I hissə əlavə edilsin:
“III-I. Elektroşok vasitələri bu maddənin 2-ci hissəsinin 1-ci, 2-ci, 4-cü, 6-cı və 7-ci bəndlərində nəzərdə tutulmuş hallarda tətbiq edilə bilər. Elektroşok vasitələrini saxlamaq, gəzdirmək və təyinatı üzrə istifadə etmək hüququ olan polis orqanlarının vəzifəli şəxslərinin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 28 oktyabr 2014-cü il
No– 1086-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU