"Həmkarlar ittifaqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKSININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2013-cü il 27 dekabr tarixli 875-IVQD nömrəli Qanununun tətbiqi ilə əlaqədar qərara alır:
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 235; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 3, maddə 226, No– 5, maddə 379; 2001, No– 11, maddələr 676, 683; 2004, No– 6, maddə 397; 2005, No– 1, maddə 5, No– 8, maddə 684; 2006, No– 11, maddə 922; 2007, No– 5, maddə 437, No– 11, maddə 1049; 2010, No– 3, maddə 171; 2012, No– 7, maddə 672;2013, No– 1, maddə 17) 1-ci maddəsinin ikinci hissəsinin beşinci abzasından “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 oktyabr 2014-cü il
No– 1076-IVQD
Fayl şəklində yüklə