"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 16-cı bəndini rəhbər tutaraq, “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə qərara       alır:
“Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 8, maddə 522, No– 12, maddə 731; 2003, No– 1, maddə 16; 2007, No– 10, maddə 938; 2008, No– 5, maddə 341, No– 7, maddə 602; 2010, No– 11, maddə 949; 2011, No– 2, maddə 71, No–10, maddə 884) 14-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:
1. Mətni 14.1-ci maddə hesab edilsin və həmin maddədən “və fiziki” sözləri çıxarılsın.
2. Aşağıdakı məzmunda 14.2-ci maddə əlavə edilsin:
“14.2. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəlmələrində fiziki şəxslərin vasitəçilik fəaliyyəti qadağandır.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 oktyabr 2014-cü il
No– 1064-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU