"Reklam haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 12-ci və 26-cı bəndlərini rəhbər tutaraq, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununu Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinəuyğunlaşdırmaq məqsədi iləqərara alır:
“Reklam haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 1, maddə 12; 1999, No– 4, maddə 225; 2000, No– 8, III kitab, maddə 587; 2001, No– 3, maddələr 142, 145, No– 5, maddələr 295, 298, No– 11, maddə 683; 2004, No– 1, maddələr 6, 13, No– 2, maddələr 57, 58; 2005, No– 2, maddə 61, No– 12, maddə 1083; 2006, No– 3, maddə 224; 2007, No– 8, maddə 749, No– 12, maddə 1218; 2009, No– 12, maddə 948; 2010, No– 7, maddə 600; 2013, No– 3, maddə 219) 17-ci maddəsinə aşağıdakı məzmunda 11-ci hissə əlavə edilsin:
“11. Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə işə düzəldilmələri ilə bağlı elan və reklamların verilməsini yalnız müvafiq vasitəçilik fəaliyyətini həyata keçirmək üçün xüsusi razılıq almış hüquqi şəxslər həyata keçirə bilərlər.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 oktyabr 2014-cü il 
No– 1057-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU