Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Konsul Nizamnaməsi"ndə dəyişikliklər edilməsi haqqında

Qanunlar      Paylaşın:        

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli
782 nömrəli Qanunu ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə
dəyişikliklər edilməsi haqqında


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu      ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ni   Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə uyğunlaşdırmaq məqsədi ilə  q ə r a r a   a l ı r :

Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994, No– 17, maddə 234; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 11, maddə 687; 2004, No– 7, maddə 505; 2006, No– 3, maddə 223; 2010, No– 11, maddə 936; 2013, No– 5, maddə 464) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsul Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:
 
1. 25-ci maddədə “daimi yaşayan və müvəqqəti olaraq” sözləri “müvəqqəti və ya daimi yaşamaq üçün” sözləri ilə əvəz edilsin.

2. 39-cu maddədən “, onların vaxtını uzatmaq və verilmiş vizalarda dəyişikliklər etmək” sözləri çıxarılsın.

3. Aşağıdakı məzmunda 39-1-ci maddə əlavə edilsin:


“Maddə 39-1

Konsul xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşlarını qeydiyyatdan keçirir.”.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 17 oktyabr 2014-cü il
No– 1054-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU