"Yanğın təhlükəsizliyi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Yanğın təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, No– 5, maddə 415; 2001, No– 12, maddə 736; 2002, No– 5, maddələr 235, 237, No– 12, maddə 706; 2004, No– 4, maddə 202, No– 6, maddə 396, No– 10, maddələr 761, 779; 2007, No– 5, maddə 442, No– 10, maddə 938; 2008, No– 8, maddə 695; 2009, No– 6, maddə 398) aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı maddənin ikinci hissəsinin 1-ci bəndinə və 7-ci maddənin ikinci hissəsinin 6-cı bəndinə “qurumlarının” sözündən sonra “, habelə onların” sözləri əlavə edilsin.
2. 25-ci maddə üzrə:
2.1. üçüncü hissədə “qurumunun müvəkkil edilmiş vəzifəli şəxsləri dövlət yanğın nəzarətini apararkən aşağıdakı hüquqlara malikdirlər” sözləri “qurumu dövlət yanğın nəzarətinin aparılması ilə bağlı aşağıdakı hüquqlara malikdir” sözləri ilə əvəz edilsin;
2.2. dördüncü hissədə “qurumunun vəzifəli şəxsləri” sözləri “qurumu” sözü ilə, “malikdirlər” sözü “malikdir” sözü ilə əvəz edilsin;
2.3. beşinci hissəyə “qurumunun” sözündən sonra “, habelə onların” sözləri əlavə edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2014-cü il
No– 1049-IVQD
Fayl şəklində yüklə