"Valyuta tənzimi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 15-ci bəndini rəhbər tutaraq qərara alır:
“Valyuta tənzimi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, No– 7, maddə 116; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, No– 12, maddə 737; 2003, No– 1, maddə 1; 2006, No– 3, maddə 225; 2007, No– 6, maddə 562, No– 12, maddə 1216; 2009, No– 7, maddə 517; 2010, No– 4, maddə 276) 19-cu maddəsinin adından “vəzifəli şəxslərinin” sözləri çıxarılsın, 1-ci hissəsində “orqanlarının və agentlərinin vəzifəli şəxsləri bu orqanların səlahiyyətləri daxilində” sözləri “orqanları və agentləri” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr  2014-cü il
No– 1048 - IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU