"Texniki təhlükəsizlik haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 20-ci bəndini rəhbər tutaraq qərara alır:
“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, No– 2, maddə 81; 2005, No– 4, maddə 278; 2007, No– 10, maddə 938; 2008, No– 11, maddə 957; 2014, No– 4, maddə 332) aşağıdakı dəyişikliklər edilsin:
1. 14-cü maddənin 2-ci hissəsinə “hesabına” sözündən sonra “(“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla)” sözləri əlavə edilsin.
2. 17-ci maddənin 2-ci hissəsinin birinci abzasında “orqanının vəzifəli şəxsləri aşağıdakı səlahiyyətlərə malikdirlər” sözləri “orqanı aşağıdakı səlahiyyətlərə malikdir” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2014-cü il
No– 1047-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU