"Qiymətli metallar və qiymətli daşlar haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Qiymətli metallar və qiymətli daşlar haqqında”
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
 
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Qiymətli metallar və qiymətli daşlar haqqında” Azərbaycan Respublikası Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, No– 10, maddə 870; 2007-ci il, No– 11, maddə 1088; 2008-ci il, No– 2, maddə 49, No– 4, maddə 249, No– 6, maddə 464; 2009-cu il, No–7, maddə 517; 2010-cu il, No– 4, maddə 276) aşağıdakı dəyişikliklər edilsin:
1. 18.2.1-ci maddədə “və əməkdaşı olduğu orqanın müvafiq sərəncamını” sözləri “, yoxlamanın aparılması haqqında qərarın surətini və yoxlamanın sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınması barədə çıxarışı” sözləri ilə əvəz edilsin.
2. 18.3.2-18.3.7-ci maddələr müvafiq olaraq 18.2.2-18.2.7-ci maddələr hesab edilsin.
 


İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
 

Bakı şəhəri, 30 sentyabr 2014-cü il
No– 1044-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU