"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə
"Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan aldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" Sazişin təsdiq edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır :
I. 2004-cü il yanvarın 22-də Paris şəhərində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında gömrük hüquqpozmalarının qarşısının alınması, təhqiqatının aparılması, aşkar edilməsi və aradan qaldırılmasına dair qarşılıqlı inzibati yardım haqqında" Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2004-cü il
No– 606-IIQ

