"Baytarlıq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Baytarlıq haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Baytarlıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005, No– 8, maddə 682; 2007, No– 12, maddə 1218; 2008, No– 2, maddə 49, No– 5, maddə 344; 2009, No– 12, maddələr 948, 968) aşağıdakı dəyişikliklər edilsin:
1. 13-cü maddə üzrə:
1.1. adında və mətnində ismin müvafiq hallarında “müfəttişləri” sözü “orqanları” sözü ilə əvəz edilsin;
1.2. 13.1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“13.1. Dövlət baytarlıq nəzarəti orqanları baytarlıq nəzarətinin həyata keçirilməsi ilə əlaqədar qanunvericiliyin, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraqaşağıdakı məsələlər barədə qərarlar qəbul edirlər:”;
1.3. 13.4-cü maddə ləğv edilsin.
2. 39.2.1-ci maddədə “nəzarət” sözü “keyfiyyətin müəyyən edilməsi” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2014-cü il
No– 1031-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU