"Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə

Qanunlar      Paylaşın:        

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə


AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq, “Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununu“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

“Fitosanitar nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006, No– 8, maddə 655; 2007, No– 6, maddə 595; 2009, No– 12, maddələr 948, 954, 968; 2011, No– 2, maddə 71) aşağıdakı dəyişikliklər edilsin:

1. 9.0.3-cü maddədə “qanunvericiliklə” sözündən sonra“, o cümlədən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə” sözləri əlavə edilsin.

2. 11-ci maddə üzrə:
2.1. adında və mətnində ismin müvafiq hallarında “müfəttişləri” sözü “nəzarəti xidməti” sözləri ilə əvəz edilsin;
2.2. 11.2-ci maddə aşağıdakı redaksiyada verilsin:
“11.2. Dövlət fitosanitarnəzarəti xidməti fitosanitar nəzarətində olan karantin obyektlərində fitosanitar nəzarətinin həyata keçirilməsi ilə əlaqədar aşağıdakı məsələlər barədə qərarlar qəbul edir:”;
2.3. 11.5-ci maddədə “göstərirlər” sözü “göstərir” sözü ilə əvəz edilsin.

3. 12.1.4-cü maddədə “müfəttişləri tərəfindən verilmiş qərar və göstərişlərə” sözləri  “nəzarəti xidmətinin qərar və göstərişlərinə” sözləri ilə əvəz edilsin.


4. 27.2.6-cı maddədə “müfəttişlərinin qanunvericiliklə müəyyən edilmiş qaydada qəbul etdikləri qərarlara və göstərişlərə” sözləri “nəzarəti xidmətinin qərar və göstərişlərinə” sözləri ilə əvəz edilsin.

 

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 30 sentyabr 2014-cü il
No– 1030-IVQD


Fayl şəklində yüklə

Azərbaycan Respublikasının Milli Məclisi — Azərbaycan Respublikasında qanunvericilik hakimiyyətini həyata keçirən dövlət hakimiyyəti orqanı. Birpalatalı orqan olub 125 deputatdan ibarətdir. Deputatlar majoritar seçki sistemi, ümumi, bərabər və birbaşa seçki hüququ əsasında sərbəst, şəxsi və gizli səsvermə yolu ilə seçilirlər. Azərbaycan Respublikası Milli Məclisinin hər çağırışının səlahiyyət müddəti 5 ildir.

AZ EN RU