"Poçt haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
“Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 23-cü bəndini rəhbər tutaraq, “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununu “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
“Poçt haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, No– 8, maddə 604; 2007, No– 5, maddə 442; 2008, No– 11, maddə 958; 2009, No– 7, maddə 517; 2010, No– 4, maddə 276) 13-4.1-ci maddəsi aşağıdaki redaksiyada verilsin:
“13-4.1. Milli operatorun maliyyə xidmətləri sahəsində fəaliyyəti üzərində dövlət nəzarəti Mərkəzi Bank tərəfindən “Sahibkar sahəsindən aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 30 sentyabr 2014-cü il
No– 1028-IVQD
Fayl şəklində yüklə