"Turizm haqqında"Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
"Turizm haqqında"Azərbaycan Respublikasının Qanununa əlavə edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. "Turizm haqqında" Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, No– 7, maddə 394) 5-ci maddəsinə aşağıdakı məzmunda 6-cı bənd əlavə edilsin:
"6. Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Turist-ekskursiya xidmətlərinin sertifikatlaşdırılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.".
2. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2004-cü il
No– 607-IIQD

