Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında
Naxçıvan Muxtar Respublikasında Kəngərli rayonunun yaradılması haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ
Q A N U N U
Azərbaycan Respublikasının Milli Məclisi q ə r a r a a l ı r :
I. Naxçıvan Muxtar Respublikasının Babək və Şərur rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək yeni Kəngərli rayonu yaradılsın.
II. Kəngərli rayonunun inzibati ərazi bölgüsünə:
Babək rayonundan Böyükdüz, Çalxanqala və Xıncab kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri;
Şərur rayonundan Xok, Qarabağlar, Qıvraq, Şahtaxtı, Yeni Kərki və Yurdçu kənd inzibati ərazi dairələrini əhatə edən ərazi vahidlərinin əraziləri daxil edilsin.
III.Qıvraq kənd inzibati ərazi dairəsi tərkibindəki Qıvraq kəndinə qəsəbə statusu verilsin, Qıvraq kənd inzibati ərazi dairəsi Qıvraq qəsəbə inzibati ərazi dairəsi adlandırılsın.
IV. Kəngərli rayonunun mərkəzi Qıvraq qəsəbəsi hesab edilsin.
V. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 19 mart 2004-cü il
No– 608-IIQ