"Balıqçılıq haqqında"Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
“Balıqçılıq haqqında”Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə
AZƏRBAYCAN RESPUBLİKASİNİN QANUNU
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Balıqçılıq haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, No– 6, maddə 362; 2002, No– 5, maddə 241; 2004, No– 2, maddə 57; 2007, No– 10, maddə 938) aşağıdakı dəyişikliklər edilsin:
1. Preambulada “balıqçılığın” sözündən sonra“, o cümlədən akvakulturanın” sözləri əlavə edilsin, “ və balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
2. 1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 1. Əsas terminlər və anlayışlar
Bu Qanunda istifadə edilən terminlər və anlayışlar aşağıdakı mənaları ifadə edir:
balıqçılıq- balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, istifadəsi, mühafizəsi və faydalı əlamətlərinin yaxşılaşdırılmasına yönələn bioloji, biotexniki, texnoloji və təşkilati tədbirlər sistemi;
balıqçılıq su obyektləri - balıq və digər su bioresurslarının artırılması, yetişdirilməsi, bərpası, ovlanması, toplanması və akvakultura üçün istifadə edilən təbii və ya süni yaradılmış su hövzələri;
balıq və digər su bioresursları - balıqçılıq su obyektlərində məskunlaşan, istifadə olunan və ya istifadə oluna bilən bütün yaş hədlərindən olan balıq, digər su heyvanları və bitkilərinin, onların məhsullarının, o cümlədən kürülərinin və sürfələrinin, toxumlarının mütləq kütləsi;
balıqartırma - balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının süni yolla artırılması, yetişdirilməsi və bərpası üzrə fəaliyyət;
balıqyetişdirmə - süni yaradılmış balıqçılıq su obyektlərində mayalanmış balıq kürüsünün inkubasiyası, körpə balıqların və digər su bioresurslarının bəslənməsi və yetişdirilməsi;
balıq və digər su bioresurslarının bərpası -balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının təbii ehtiyatlarının tükənməsinin qarşısını almağa yönələn tədbirlər;
akvakultura- balıq və digər su bioresurslarının, o cümlədən nadir və nəsli kəsilməkdə olan növlərin bərpası və əmtəə məhsulu əldə edilməsi məqsədilə balıqçılıq su obyektlərində artırılması, yetişdirilməsi, saxlanması və rekreasiya üzrə fəaliyyət;
balıqmühafizə - təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının qorunmasına, onların ovunun tənzimlənməsinə, bərpasına və balıqçılıq təsərrüfatı meliorasiyası işlərinə nəzarət;
balıq məhsulu - balıq və digər su bioresurslarından əldə olunmuş, emal edilmiş və istehlaka yönəldilən balıqçılıq obyektləri;
balıq və digər subioresurslarıüçün süni yaradılmış məskunlaşma şəraiti -balıq və digər su bioresurslarınınbəslənməsi, yetişdirilməsi, saxlanması üçün xüsusi olaraq yaradılmış və tənzimlənən şəraitə malik nohurlar, hovuzlar, su təchizatı sistemi olan sənaye qurğuları, göl və dəniz qəfəsləri, balıqyetişdirməyə uyğunlaşdırılmış digər yerlər;
balıqçılıq təsərrüfatı meliorasiyası - balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərinin çirklənməsinin, zibillənməsinin və lillənməsinin qarşısının alınmasına, sərt gövdəli su bitkilərindəntəmizlənməsinə, suların aerasiyası, habelə balıq və digər su bioresurslarının məskunlaşdığı, qidalandığı, nəsil artırdığı, yetişdiyi və çoxaldığı şəraitin təbii mühitə uyğunlaşdırılmasına yönələn tədbirlər;
balıq və digər su bioresurslarınıniqlimləşdirilməsi- balıq və digər su bioresurslarınınbu və ya digər növünün əvvəllər mövcud olmadığı balıqçılıq su obyektinə köçürülməsi və onun yeni populyasiyasının yaradılması.”;
3. 2-ci maddə üzrə:
3.1. ikinci, üçüncü və dördüncü hissələrdə “və balıq ehtiyatlarının” sözləri“,balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
3.2. ikinci hissədə “təbiəti mühafizə” sözləri “ətraf mühitin mühafizəsi, balıq məhsulununkeyfiyyətinin idarə olunması” sözləri ilə əvəz edilsin;
3.3. üçüncü hissədə “müqavilələr, sazişlər, razılaşmalar” sözləri “beynəlxalq müqavilələr” sözləri ilə əvəz edilsin;
3.4. dördüncü hissədə “dövlətlərarasımüqavilələri vəsazişləri, digər beynəlxalq hüquq normaları” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələr” sözləri ilə əvəz edilsin;
4. 3-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 3.Balıq və digər su bioresursları üzərində mülkiyyət
Balıq və digər su bioresursları dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə ola bilər.
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları Azərbaycan Respublikasına mənsubdur.
Bələdiyyə mülkiyyətində olan balıqçılıq su obyektlərində yaşayan balıq və digər su bioresursları bələdiyyə mülkiyyətindədir.
Akvakultura təsərrüfatının yerləşdiyi balıqçılıq su obyektlərində əldə olunan balıq və digər su bioresursları onun mülkiyyətçisinə və ya icarəçiyəməxsusdur.”;
5. 4-cü maddə üzrə:
5.1. adından və ikinci hissədən “fəaliyyətinin” sözü çıxarılsın;
5.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Ərzaq və xammal kimi istifadə edilə bilən və mühafizə olunan balıq və digər su bioresursları, onların məhsulları balıqçılıq obyektləridir.”;
5.3. ikinci hissədə “balıq ehtiyatlarının” sözləri “balıqçılıq obyektlərinin” sözləri ilə əvəz edilsin;
6. 5-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 5. Balıqçılıq subyektlərinin uçotu
Balıqçılıq subyektlərinin uçotu müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir.
Balıqçılıq subyektlərinin uçotunun forması və aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
7. 6-cı maddə üzrə:
7.1. adından “əhəmiyyətli” sözü çıxarılsın;
7.2. birinci hissənin birinci abzası aşağıdakı redaksiyada verilsin:
“Balıq və digər su bioresurslarının ovu, toplanması vəakvakultura üçün istifadə edilən aşağıdakı su hövzələri balıqçılıq su obyektləridir:”;
7.3. birinci hissənin üçüncü abzasında“və sututarlar” sözləri “, sututarlar, balıq və digər su bioresursları üçün süni yaradılmış məskunlaşma şəraiti” sözləri ilə əvəz edilsin;
8. 7-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 7.Balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri
Balıqçılıq sahəsində dövlət siyasəti aşağıdakı prinsiplərə əsaslanır:
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi;
balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsinin hövzəçilik prinsipi əsasında idarə edilməsi;
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsi;
balıq və digər su bioresurslarından istifadənin tənzimlənməsi;
balıqçılıq sahəsində idarəetmə funksiyaları ilə balıq və digər su bioresurslarının istifadəsifunksiyalarının ayrılması;
balıq və digər su bioresurslarından istifadənin qanunla müəyyən edilən hallar istisna olmaqla, ödənişli olması;
balıq və digər su bioresurslarının ov həcmi müəyyən edilərkən ekoloji, sosial, iqtisadi amillərin, o cümlədən balıq məhsulunun istehsalı və satışı haqqında məlumatların nəzərə alınması;
qiymətli balıq və digər su bioresursları növlərinin üstün mühafizə rejiminin müəyyən edilməsi, onların ovununməhdudlaşdırılması və ya qadağan edilməsi;
akvakulturanın davamlı inkişafı məqsədi ilə ekoloji, iqtisadi və sosial maraqların elmi cəhətdən əsaslandırılmış uyğunluğunun təmin edilməsi;
akvakultura təsərrüfatının layihələndirilməsi və tikintisində balıqçılıq su obyektləri sahələrinin qonşu ərazilərin təbii və sosial-iqtisadi xüsusiyyətləri ilə uzlaşdırılması;
akvakultura təsərrüfatının yarada biləcəyi zərərli təsirlərin istisna edilməsi.”;
9. 8-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 8. Balıqçılıq sahəsində dövlətin vəzifələri
Balıqçılıq sahəsində dövlətin vəzifələri aşağıdakılardır:
balıqçılıq sahəsində dövlət siyasətini həyata keçirmək;
balıqçılıq sahəsində normativ hüquqi aktlar qəbul etmək;
balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsinə nəzarət etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, mühafizəsi, iqlimləşdirilməsi, balıqçılıq su obyektlərinin balıqçılıq təsərrüfatı monitorinqi, kadastrı və meliorasiyası işlərini təşkil etmək;
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş nadir və nəsli kəsilməkdə olan balıq və digər su bioresurslarının qorunması üçün müvafiq rejimi və xüsusi mühafizə olunan su sahələrini (akvatoriyalarını) müəyyən etmək;
balıqçılıq sahəsində texniki normativ hüquqi aktları, balıqçılığın inkişafının elmi əsaslarını hazırlamaq və təsdiq etmək;
balıq və digər su bioresurslarının ovu və toplanmasınınlimitlərini (kvotalarını) müəyyən etmək və tənzimlənməsini həyata keçirmək;
balıq və digər su bioresurslarının vəziyyətinə təsir edən müəssisələrin, texniki qurğuların, digər su təsərrüfatı və energetika obyektlərinin tikintisi, yenidən qurulması layihələrinin dövlətbalıqçılıq təsərrüfatı ekspertizasının keçirilməsini təşkil etmək;
balıqçılıq sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirmək.”;
10. III fəslin adında “ehtiyatlarından”sözü “və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
11. 9-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 9.Balıq və digər su bioresurslarından istifadə formaları
Balıq və digər su bioresurslarından istifadə aşağıdakı formalarda həyata keçirilir:
balıq və digər su bioresurslarının ovu və toplanması (bundan sonra balıq və digər su bioresurslarının ovu);
akvakultura.
Balıq və digər su bioresurslarının ovu aşağıdakı məqsədlər üçün həyata keçirilir:
balıq və digər su bioresurslarının sənaye, idman və həvəskar ovu;
balıq və digər su bioresurslarınınakvakulturaüçün ovu;
balıq və digər su bioresurslarınınelmi-tədqiqat, təhsil, maarifləndirməvə nəzarət üçün ovu;
balıq və digər su bioresurslarınıniqlimləşdirilməsiüçün ovu.
İdman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu, forması və verilmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən balıqovlama bileti əsasında həyata keçirilir.
Balıqovlama bileti müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bərpa məqsədilə balıq və digər su bioresurslarınınakvakultura üçün ovu, habelə elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla balıq və digər su bioresurslarının ovu ödənişlidir.
Balıq və digər su bioresurslarının ovu müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydalara uyğun həyata keçirilir.
Azərbaycan Respublikasının Qırmızı Kitabına daxil edilmiş balıq və digər su bioresurslarının ovuna yalnız müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilənhallarda və qaydada icazə verilir.
Ovlanması nəzərdə tutulan balıq və digər su bioresurslarının növləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovunun ümumi yol verilən miqdarı (kvota) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıq və digər su bioresurslarının ovuna aşağıdakı kvota növləri tətbiq edilir:
Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;
başqa balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının sənaye ovu üçün kvotalar;
elmi-tədqiqat və nəzarət məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
təhsil və maarifləndirmə məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
akvakultura məqsədilə balıq və digər su bioresurslarının ovu üçün kvotalar;
balıq və digər su bioresurslarının istifadəsi və mühafizəsi üzrə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrlətənzimlənən su obyektlərindəbalıq və digər su bioresurslarının ovu üçün kvotalar.
Balıq və digər su bioresurslarının ovu üçün kvotaların balıqçılıq subyektləri arasında bölünmə qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
12. 10-cu maddə üzrə:
12.1. adında “Sənaye balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilsin;
12.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Dövlət mülkiyyətində olan balıqçılıq su obyektləri və ya onların bir hissəsi, Azərbaycan Respublikasının Su Məcəlləsindəvə su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlardanəzərdə tutulmuş qaydada balıq və digər su bioresurslarının sənaye ovu üçün istifadəyə verilir.”;
12.3. ikinci, üçüncü, altıncı və yeddinci hissələrdə “Sənaye balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının sənaye ovu” sözləri ilə əvəz edilsin ;
12.4. ikinci hissədə “ayrılmış” sözündən sonra “dövlət mülkiyyətində olan balıqçılıq” sözləri, “zolaqlar” sözündən sonra “(vətəgə sahələri)” sözləri əlavə edilsin;
12.5. dördüncü hissədə “balıqların” sözü “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin, “balıq tutmaq üçün” sözləri çıxarılsın;
12.6. beşinci hissə ləğv edilsin;
12.7. altıncı hissədə “sututarlarından” sözü “balıqçılıq su obyektlərindən” sözləri ilə əvəz edilsin;
12.8. yeddinci hissədə “təsdiq edilmiş təlimatlar” sözləri “müəyyən edilən qaydalar” sözləri ilə əvəz edilsin;
13. 11-ci maddə üzrə:
13.1. adında, birinci, üçüncü, yeddinci və səkkizincihissələrdə “İdman və həvəskar balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının idman və həvəskar ovu” sözləri ilə əvəz edilsin;
13.2. birinci hissədə “fərdi” sözü “şəxsi” sözü ilə, “balıq və digər su heyvanlarının ovlanmasını” sözləri “ümumi istifadədə olan balıqçılıq su obyektlərində sərbəst ov etməsini” sözləri ilə əvəz edilsin;
13.3. ikinci hissə aşağıdakı redaksiyada verilsin:
“Xüsusi mühafizə olunan təbiət əraziləri və balıqartırma təsərrüfatları istisna olmaqla, digər balıqçılıq suobyektlərindənAzərbaycan Respublikasının Su Məcəlləsinə və su obyeklərindən istifadəyə dair digər normativ hüquqi aktlara uyğun olaraq balıq və digər su bioresurslarının idman və həvəskar ovu üçün istifadə edilə bilər.”;
13.4. üçüncü hissədə “sututarların” sözü “mülkiyyətində olan balıqçılıq su obyektlərinin” sözləri ilə əvəz edilsin;
13.5. dördüncü, beşinci və altıncı hissələr aşağıdakı redaksiyada verilsin:
“Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq suobyektlərində balıq və digər su bioresurslarının idman və həvəskar ovu su obyektlərinin istifadəçiləri və mülkiyyətçilərinin razılığı ilə həyata keçirilir.
İdman və həvəskar ovun həyata keçirilmə vaxtı, yeri, ovlanan balıq və digər su bioresurslarının miqdarı və ölçüləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən hallarda və qaydada məhdudlaşdırıla bilər.
İdman və həvəskar ov nəticəsində ovlanan balıq və digər su bioresurslarının məskunlaşdığı mühitə qaytarılması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada həyata keçirilir.”;
13.6. yeddinci hissədə “su hövzələrində balıq ehtiyatlarının” sözləri “balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
13.7. səkkizinci hissənin əvvəlinə “Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində” sözləri əlavə edilsin, “təsdiq edilmiş təlimatlar” sözləri “müəyyən edilən qaydalar” sözləri ilə əvəz edilsin;
14. 12-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 12. Akvakultura
Akvakultura balıqçılıq su obyektlərində bioloji və texnoloji əsaslandırma əsasında həyata keçirilir. Akvakulturanın həyata keçirilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Balıqçılıq su obyektlərində akvakulturanın həyata keçirilməsi üçün akvakultura subyektləri tərəfindən hazırlanan bioloji və texnoloji əsaslandırma müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydadaqeydiyyata alınır. Bioloji və texnoloji əsaslandırmanın qeydiyyatına görə dövlət rüsumu tutulur.
Bioloji və texnoloji əsaslandırmada akvakultura təsərrüfatının məqsədi, yerləşmə sxemi, bu fəaliyyəti həyata keçirmək üçün tələb olunan və iqlimləşdirilən balıq və digər su bioresurslarının növləri, onların bioloji xüsusiyyətləri və əldə olunma mənbəyi, tətbiq olunacaq texnologiyalar və balıqçılıq meliorasiyası işləri, balıq məhsulu istehsalının həcmi, istifadə ediləcək su obyektinin xarakteristikası, obyektdəki suyun həcmi və balıq tutumu, enerji sərfiyyatı, istifadə ediləcək yem növləri, tullantıların növləri və miqdarı əks etdirilir. Bioloji və texnoloji əsaslandırmanın nümunəvi forması və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Akvakultura üçün bioloji və texnoloji əsaslandırma nərəkimilərə münasibətdə 25 illik, başqa növ balıq və digər su bioresurslarına münasibətdə isə 10 illik müddətə hazırlanır.
Akvakulturanın istiqaməti dəyişdirildikdə, təsərrüfat yenidən qurulduqda və ya genişləndirildikdə bioloji və texnoloji əsaslandırmaya müvafiq dəyişikliklər edilir və bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verilir.
“Akvakultura növlərinin, obyektlərinin, təsərrüfatlarının, infrastrukturunun və akvakulturanın həyata keçirilməsi üçün istifadə olunan xüsusi qurğuların və texnologiyaların təsnifatı Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və bu Qanuna əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Akvakultura təsərüfatında istehsal edilən balıq məhsulunun ümumi həcmindən asılı olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada akvakultura subyektləri bioloji və texnoloji əsaslandırma hazırlamaqdan azad edilirlər.
Əmtəə məhsulu istehsalı və rekreasiya məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması, istifadəsi, uçotu akvakultura subyektləri tərəfindən həyata keçirilir.
Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin yaradılması, saxlanması və istifadəsi üzrə texniki normativ hüquqi aktlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilir.
Balıq və digər su bioresurslarının bərpası və mühafizəsi məqsədilə törədici balıqların və onların sürülərinin uçotu müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.
Akvakultura üçün endemik, genetik modifikasiya olunmuş və toksik balıq və digər su bioresurslarından istifadəyə yol verilmir.
Akvakultura təsərrüfatlarına məxsus torpaqlar aid olduqları torpaq kateqoriyasında saxlanılır və digər kateqoriyaya keçirilmir.”;
15. 13-cü maddə üzrə:
15.1. dördüncü hissədə “Əməkdaşlıq müqavilələrində” sözləri “Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə” sözləri ilə əvəz edilsin;
15.2. üçüncü vədördüncü hissələr müvafiq olaraq altıncı və yeddinci hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü, dördüncü və beşinci hissələr əlavə edilsin:
“Ticarət dövriyyəsinə daxil edilmiş balıq məhsullarının satışı kənd təsərrüfatı məhsullarının satışı yerlərində, o cümlədən müvafiq avadanlıqlarla təchiz edilmiş baza, yarmarka, mağaza və xüsusi ayrılmış digər yerlərdə həyata keçirilir.
Müvafiq icra hakimiyyəti orqanları və bələdiyyələr şəhərlərdə və Xəzər dənizinin sahillərində balıq məhsullarının satışı üzrə ixtisaslaşdırılmış bazarların təşkili üçün müvafiq torpaq sahələri ayırırlar.
İxtisaslaşmış balıq məhsulları satışı bazarlarının yerləşmə sxemi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
16. 14-cü maddənin adında, birinci və ikincihissələrdə “ehtiyatlarından” sözü “və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
17. 15-ci maddə üzrə:
17.1. adından və birinci abzasdan “fəaliyyəti” sözü çıxarılsın;
17.2. dördüncü abzasda “balıq tingliyi” sözləri “balıqartırma” sözü ilə əvəz edilsin;
17.3. beşinci abzasda “balıqçılıq” sözü “balıqovlama” sözü ilə əvəz edilsin;
17.4. beşinci və altıncı abzaslarda“balıq” sözündən sonra “və digər su bioresurslarının” sözləri əlavə edilsin;
17.5. altıncı abzasdan“əhəmiyyətli” sözü çıxarılsın;
17.6. yeddinci abzasda “balıq yetişdirilməsi və ovlanması” sözləri “akvakultura” sözü ilə əvəz edilsin;
17.7. səkkizinci abzas ləğv edilsin;
18. 16-ci maddə üzrə:
18.1. adında, birinci hissənin birinci, dördüncü və beşinci abzaslarında və ikinci hissədə “ehtiyatlarından” sözü “və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
18.2. birinci hissənin birinci abzasından “fəaliyyəti” sözü çıxarılsın;
18.3. birinci hissənin ikinci abzasında “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
18.4. birinci hissənin altıncı abzasında “təhkim edilmiş vətəgə sahələrində təbiəti mühafizə və” sözləri “balıqçılıq su obyektlərində ətraf mühitin mühafizəsi,” sözləri ilə əvəz edilsin;
18.5. birinci hissənin yeddinci abzasında“təhkim edilmiş vətəgə sahələri üzrə” sözləri “balıqçılıq su obyektlərində” sözləri ilə əvəz edilsin;
19. 17-ci maddə üzrə:
19.1. adından və birinci abzasdan “fəaliyyəti” sözü çıxarılsın;
19.2. üçüncü abzasda “balıq ehtiyatlarından yalnız icazə sənədlərində” sözləri “balıq və digər su bioresurslarındanbalıqovlamabiletində, bioloji və texnoloji əsaslandırmada” sözləri ilə əvəz edilsin;
19.3. dördüncü abzasda “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin, “yeni balıq” sözlərindən sonra “və digər su bioresursları” sözləri əlavə edilsin, “,digər su heyvanları və bitkilərinin” sözləri çıxarılsın;
19.4. beşinci abzasda “təbii su hövzələrində balıq ehtiyatlarının” sözləri “balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarının” sözləri ilə, “balıqartırma və balıqtəsərrüfatı” sözləri “balıqçılıq təsərrüfatı” sözləri ilə əvəz edilsin;
19.5. altıncı abzas aşağıdakı redaksiyada verilsin:
“balıqçılıq su obyektlərində suyun keyfiyyətinin müvafiq standartlara uyğun olmasını təmin etmək;”;
19.6. yeddinci abzasdan “və digər su heyvanları” sözləri çıxarılsın;
19.7. doqquzuncu abzasda “baytarlıq” sözündən sonra “,fitosanitar” sözü əlavə edilsin;
19.8. onuncu və on birinci abzaslar müvafiq olaraq on birinci və on ikinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda onuncu abzas əlavə edilsin:
“bioloji və texnoloji əsaslandırmada nəzərdə tutulmayan balıq və digər su bioresurslarınövlərindən və balıq yemləri standartlarına uyğun olmayan yemlərdən istifadə etməmək;”;
20. IV fəslin adında “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
21. 18-ci maddə üzrə:
21.1. adında “Su hövzələrində balıq ehtiyatlarının” sözləri “Balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
21.2. birinci hissə aşağıdakı redaksiyada verilsin:
“Balıq və digər su bioresurslarının artırılması və bərpası balıqçılıq su obyektlərində onların növlərinin təbii ehtiyatlarının qorunub saxlanması və akvakulturanın inkişafının təmin edilməsi məqsədilə aparılır.”;
21.3. ikinci və beşinci hissələrdə “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
21.4. ikinci hissədə “icazəsi və” sözləri “müvafiq” sözü ilə, “xüsusi texnologiyalar” sözləri “bioloji və texnoloji əsaslandırma” sözləri ilə əvəz edilsin;
21.5. üçüncü hissədə “Qırmızı kitaba” sözləri “Azərbaycan Respublikasının Qırmızı Kitabına” sözləri ilə əvəz edilsin, “vətəgə əhəmiyyətli” sözləri çıxarılsın;
21.6. dördüncü hissədə “su hövzələrinə” sözləri “balıqçılıq su obyektlərinə” sözləri ilə əvəz edilsin;
21.7. üçüncü, dördüncü və beşinci hissələr müvafiq olaraq dördüncü, beşinci vəaltıncı hissələr hesab edilsin və aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Dövlət sifarişi ilə akvakulturatəsərrüfatlarında balıq və digər su bioresurslarının artırılması və bərpası müvafiq icra hakimiyyəti orqanı ilə bağlanan müqavilə əsasında həyata keçirilir.”;
22. 19-cu maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 19. Balıq və digər su bioresurslarının məhsuldarlığınınartırılması
Balıq və digər su bioresurslarının məhsuldarlığının artırılması məqsədilə balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarınıniqlimləşdirilməsi həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası işləri ixtisaslaşdırılmış dövlət balıqartırma müəssisələri və bu işlərin aparılması üçün müvafiq texniki imkanları olan hüquqi və fiziki şəxslər tərəfindən bioloji və texnoloji əsaslandırmaya uyğun olaraq həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası balıqçılıq su obyektlərinin hidroloji və hidrokimyəvi rejimlərinin optimallaşdırılması, süni kürüləmə yerlərinin salınması və qurulması, ötürücü kanalların və balıq buraxılışı qurğularının tikilməsi, əhəmiyyətsiz növlərin sayının azaldılması, eləcə də balıq və digər su bioresurslarının xammal bazasının formalaşdırılması üçün əlverişli şəraiti təmin edən digər tədbirlər sayəsində həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası akvakultura subyektinin vəsaiti hesabına aparılır.
Təbii balıqçılıq su obyektlərində balıqçılıq təsərrüfatı meliorasiyası müvafiq icra hakimiyyəti orqanın nəzarəti altında həyata keçirilir.
Balıq və digər su bioresurslarınıniqlimləşdirilməsindən əvvəl iqlimləşdirilən növlərin bioloji xarakteristikasını, balıqçılıq su obyektinin balıq qəbulu tutumunu və iqlimləşdirilmənin iqtisadi səmərəsini əks etdirən göstəricilər bioloji və texnoloji əsaslandırmaya daxil edilir.
Balıq və digər su bioresursları genofondunun mühafizəsi məqsədilə təbii balıqçılıq su obyektlərinə balıq və digər su bioresurslarının yeni növlərinin və hibrid formalarının buraxılması yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada həyata keçirilə bilər.
Balıq və digər su bioresurslarınınyeni növlərinin və hibrid formalarınınakvakultura məqsədilə istifadəsi bioloji və texnoloji əsaslandırmaya uyğun həyata keçirilir.
Balıq və digər su bioresurslarınıniqlimləşdirilməsi və iqlimləşdirilmə obyektlərinin daşınması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydalara uyğun olaraq aparılır.
Balıq və digər su bioresurslarınıniqlimləşdirilməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.
Balıqçılıq təsərrüfatı meliorasiyası, balıq və digər su bioresurslarınıniqlimləşdirilməsi işlərinin aparılması müvafiq icra hakimiyyəti orqanının qəbul etdiyi texniki normativ hüquqi aktlarauyğun olaraq həyata keçirilir.”;
23. 20-ci maddə üzrə:
23.1. adında və birinci hissədə “xidməti” sözü “və akvakultura xidmətləri” sözləri ilə əvəz edilsin;
23.2. birinci hissədən “əhəmiyyətli” və “habelə” sözləri çıxarılsın, “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə, “və balıq ovu” sözləri“,balıq və digər su bioresurslarının ovu və akvakultura” sözləri ilə əvəz edilsin;
23.3. ikinci hissədə “xidmətinin” sözü “və akvakultura xidmətlərinin” sözləri ilə əvəz edilsin;
24. 21-ci maddə üzrə:
24.1. adında “hüquqları” sözü “hüquq və vəzifələri” sözləri ilə əvəz edilsin;
24.2. birinci hissənin ikinci abzası aşağıdakı redaksiyada verilsin:
“balıqçılıq subyektlərinin balıq və digər su bioresurslarınınovu üçün verilmişbalıqovlama biletini, onların fəaliyyətinin balıqovlama biletində müəyyən edilən şərtlərə uyğunluğunu yoxlamaq, balıqovlama biletində müəyyən edilən şərtlərin pozulması və ya balıqovlama bileti olmadan fəaliyyət göstərilməsi hallarında bu Qanunda nəzərdə tutulmuş tədbirlər görmək;”;
24.3. birinci hissənin üçüncü abzasından “balıq” sözü çıxarılsın, “qeyri-qanuni” sözlərindən əvvəl “balıq və digər su bioresurslarını” sözləri əlavə edilsin;
24.4. birinci hissənin dördüncü abzasında “beynəlxalq sazişlərinin” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələrin tələblərinin” sözləri ilə əvəz edilsin, “balıq” sözündən sonra “və digər su bioresurslarının” sözləri əlavə edilsin;
24.5. birinci hissənin beşinci abzasından“balıq” sözü çıxarılsın, “qeyri-qanuni” sözlərindən əvvəl “balıq və digər su bioresurslarının” sözləri əlavə edilsin;
24.6. birinci hissənin altıncı abzasında “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
24.7. birinci hissənin yeddinciabzasında “vətəgə əhəmiyyətli” sözləri “balıqçılıq” sözü ilə, “obyektləri zonalarında” sözləri “obyektlərində” sözü ilə əvəz edilsin;
24.8. birinci hissənin səkkizinciabzasında birinci halda “qanunvericiliklə müəyyən edilmiş qaydada” sözləri və “və artırılması” sözləri çıxarılsın, “balıq məhsulları istehsalı,” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə, “əhəmiyyətli su hövzələri” sözləri “su obyektləri” sözləri ilə əvəz edilsin;
24.9. birinci hissənin doqquzuncuabzası onuncuabzas hesab edilsin və aşağıdakı məzmunda doqquzuncuabzas əlavə edilsin:
“balıq və digər su bioresurslarının ovu ilə məşğul olan fiziki və hüquqi şəxslərə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək;”;
24.10. ikinci hissədə “Qeyri-qanuni balıq ovu” sözləri “Balıq və digər su bioresurslarının qeyri-qanuni ovu” sözləri ilə əvəz edilsin;
24.11. aşağıdakı məzmunda beşinci hissə əlavə edilsin:
“Dövlət balıqmühafizə xidmətinin vəzifələri aşağıdakılardır:
balıq və digər su bioresurslarının və onların məskunlaşdığı mühitin mühafizəsini təmin etmək;
balıq və digər su bioresurslarının artırılması, bərpası, istifadəsi, mühafizəsi və qorunması sahəsində hüquqpozmaların qarşısını almaq vəonları aradan qaldırmaq;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda inzibati xətalar haqqında işlərə baxmaq və ya onları baxılması üçün məhkəməyə göndərmək;
balıqçılıq haqqında qanunvericiliyin pozulmasına yol verən şəxslərin məsuliyyətə cəlb edilməsi barədə materialları müvafiq orqanlara göndərmək;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada balıq və digər su bioresurslarının ovunun məhdudlaşdırılması,dayandırılması vəya onaxitamverilməsi üçün tədbirlər görmək.”;
25. 22-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 22. Dövlət akvakultura xidmətinin hüquq və vəzifələri
Dövlət akvakultura xidmətinin hüquqları aşağıdakılardır:
akvakultura təsərrüfatlarına xidməti vəsiqəni təqdim etməklə daxil olmaq və balıqçılıq haqqında qanunvericiliyə əməl edilməsini yoxlamaq;
akvakulturasubyektlərindənakvakultura üçün bioloji və texnoloji əsaslandırmanı tələb etmək;
fəaliyyətin bioloji və texnoloji əsaslandırmanın tələblərinə uyğunluğunu araşdırmaq;
akvakultura subyektlərinə qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması barədə icrası məcburi olan göstərişlər vermək;
Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hüquqları həyata keçirmək.
Dövlət akvakulturaxidmətinin vəzifələri aşağıdakılardır:
akvakulturanın inkişafını təmin edən dövlət, regional və yerli proqramların hazırlanmasında iştirak etmək;
akvakultura subyektlərinə bioloji və texnoloji əsaslandırmanın hazırlanması ilə bağlı məsləhətlər vermək;
akvakultura subyektlərinin bu Qanunun tələblərinə uyğun fəaliyyət göstərməsinə müvafiq köməklik göstərmək;
müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyihallarda və qaydada akvakultura subyektinin fəaliyyətinin məhdudlaşdırılması,dayandırılması vəya ona xitam verilməsi üçün tədbirlər görmək.”;
26. V fəslin adında “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
27. 23-cü maddə üzrə:
27.1. adında və birinci hissədə “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
27.2. birinci hissədə “məskunlaşdığı mühitə” sözlərindən sonra “, balıqçılıq su obyektlərinə və sahilboyu zolaqlara (zonalara)” sözləri əlavə edilsin, “istifadəsi ilə məşğul olan, habelə balıqçılıq əhəmiyyətli su obyektlərində və sahilboyu zolaqlarda (zonalarda) fəaliyyət göstərən iş icraçıları balıq ehtiyatlarının” sözləri “istifadəsini həyata keçirən hüquqi və fiziki şəxslər balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
27.3. ikinci hissədə “balıq növlərinin və digər su heyvanları və bitkilərinin” sözləri “növ balıq və digər su bioresurslarının” sözləri ilə, “əhəmiyyətli” sözü “balıqçılıq” sözü ilə əvəz edilsin;
28. 24-cü maddə üzrə:
28.1. adından, birincihissənin birinci abzasından və ikinci hissədən “əhəmiyyətli” sözü çıxarılsın;
28.2. birinci hissənin dördüncü abzasında “sututarların” sözü “balıqçılıq su obyektlərinin” sözləri ilə, “sututarlara” sözü “balıqçılıq su obyektlərinə” sözləri ilə əvəz edilsin;
29. 25-ci maddənin adından, birinci və ikincihissələrindən “əhəmiyyətli” sözüçıxarılsın;
30. 26-cı maddə üzrə:
30.1. adında, ikinci və üçüncü hissələrdə “Su obyektlərinin” sözləri “Balıqçılıq su obyektlərinin” sözləri ilə, “balıqtəsərrüfatı” sözü “balıqçılıq təsərrüfatı” sözləri iləəvəzedilsin;
30.2. birinci hissədə “Su obyektlərininbalıqtəsərrüfatı” sözləri “Balıqçılıq təsərrüfatı” sözləri ilə , “əhəmiyyətli su hövzələrində” sözləri “su obyektlərində” sözləri ilə əvəz edilsin;
30.3. ikinci hissədə “mühitin” sözündən sonra “və təbii ehtiyatların” sözləri əlavə edilsin;
31. 27-ci maddə üzrə:
31.1. adında, birinci və ikinci hissələrdə “Su obyektlərinin” sözləri “Balıqçılıq su obyektlərinin” sözləri ilə əvəz edilsin;
31.2. adında, birinci və ikinci hissələrdə “balıqtəsərrüfatı” sözü “balıqçılıq təsərrüfatı” sözləri ilə əvəz edilsin;
31.3. birinci hissədən “əhəmiyyətli” sözü çıxarılsın, “balıq ehtiyatları” sözləri “balıq və digər su bioresursları” sözləri ilə əvəz edilsin;
32. 28-ci maddə üzrə:
32.1. adında, birincihissədə vəikinci hissənin birinci abzasında “balıqtəsərrüfatı” sözü “balıqçılıq təsərrüfatı” sözləri ilə əvəz edilsin;
32.2. birincihissədən vəikinci hissənin birinci abzasından “əhəmiyyətli” sözü çıxarılsın;
32.3. birinci hissədən“layihə sənədlərinin” sözləri çıxarılsın;
32.4. ikinci hissənin üçüncü abzasında “su obyektlərində” sözlərindən əvvəl “balıqçılıq” sözü əlavə edilsin;
32.5. ikinci hissənin yeddinci abzası səkkizinci abzas hesab edilsin və aşağıdakı məzmunda yeddinci abzas əlavə edilsin:
“akvakultura təsərrüfatlarının tikintisi və yenidənqurulması;”;
32.6. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Balıqçılıq təsərrüfatı ekspertizası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada aparılır.”;
33. 29-cu maddə üzrə:
33.1. birincihissənin birinci abzasından və ikinci hissədən “əhəmiyyətli” sözü çıxarılsın;
33.2. birinci hissənin üçüncü, altıncı və yeddinci abzaslarında “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
34. 30-cu maddə üzrə:
34.1. üçüncü hissədə “su mühafizə zonaları və sahil mühafizə zolaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada xüsusi qorunan ərazi elan edilir” sözləri “su mühafizə zonalarında və sahil mühafizə zolaqlarında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada balıq və digər su bioresurslarınınxüsusi mühafizə rejimi tətbiq edilir” sözləri ilə əvəz edilsin;
34.2. dördüncü hissəyə “su obyektlərinin” sözlərindən əvvəl “balıqçılıq” sözü əlavə edilsin;
35. 31-ci maddə üzrə:
35.1. ikinci abzas aşağıdakı redaksiyada verilsin:
“balıq və digər su bioresurslarından istifadəyə ödəmələr, balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna cərimələr”;
35.2. üçüncü və beşinci abzaslarda “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
35.3. dördüncü abzasda “ehtiyatlarına” sözü “və digər su bioresurslarına” sözləri ilə əvəz edilsin;
35.4. beşinciabzasın sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsinvə aşağıdakı məzmunda altıncı və yeddinci abzaslar əlavə edilsin:
“akvakulturanın iqtisadi stimullaşdırılması;
akvakultura məhsulunun rəqabət qabiliyyətini təmin etmək məqsədilə fiskal siyasətin həyata keçirilməsi.”;
36. 32-ci maddə üzrə:
36.1. adı aşağıdakı redaksiyada verilsin:
“Balıq və digər su bioresurslarından istifadəyə ödəmələr və qeyri-qanuni ova cərimələr”;
36.2. birinci hissədə “balıq ehtiyatlarından” sözləri “dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
36.3. ikinci, üçüncü, beşinci və altıncı hissələrdə“Balıq ehtiyatlarından” sözləri “Dövlət mülkiyyətində olan təbii balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
36.4. ikinci hissədə “balıq ehtiyatlarından” sözləri “balıq və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
36.5. ikinci və üçüncühissələrdə “balıqların, digərsuheyvanları və bitkilərinin” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
36.6. üçüncü və altıncı hissələrdə “qeyri-qanuni balıq ovuna” sözləri “balıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə əvəz edilsin;
36.7. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdə olan balıqçılıq su obyektlərində balıq və digər subioresurslarındanistifadəyəödəmələrbumaddənin üçüncü hissəsində göstərilənlər nəzərə alınmaqla həmin müqaviləyə uyğun həyata keçirilir.”;
36.8. aşağıdakı məzmunda yeddinci hissə əlavə edilsin:
“Bu Qanunun 32-ci maddəsi akvakultura təsərrüfatlarına şamil edilmir.”;
37. 33-cü maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 33.Balıq və digər su bioresurslarınınartırılmasının, bərpasının,mühafizəsinin və balıqçılığın elmi təminatının maliyyələşdirilməsi
Balıq və digər su bioresurslarınınartırılmasının, bərpasının, mühafizəsinin, balıqçılığın elmi təminatının və balıqçılıq sahəsində digər tədbirlərin, habelə balıqçılığın inkişafı proqramlarının maliyyələşdirilməsini təmin etmək məqsədiləsu bioresurslarının artırılması, bərpası və mühafizəsi fonduyaradılır.
Fond müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılır və fəaliyyəti həmin orqan tərəfindən təsdiq edilən Əsasnamə ilə tənzimlənir.
Dövlət mülkiyyətində olan balıqçılıq su obyektlərində balıq və digər su bioresurslarınınsüni artırılması,bərpası, mühafizəsivə balıqçılıq təsərrüfatı meliorasiyası işləri Fondun vəsaitləri və dövlət vəsaiti hesabına maliyyələşdirilir.
Nərə cinsli balıqların və digər qiymətli balıq növlərinin artırılması və bərpası
dövlət tərəfindən stimullaşdırılır.
Müqavilə ilə istifadəyə və ya icarəyə verilmiş dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və ya xüsusi mülkiyyətdəolan balıqçılıq su obyektlərində balıqartırma, balıqyetişdirmə və balıqçılıq təsərrüfatı meliorasiyası işləri balıqçılıq su obyektlərinin mülkiyyətçiləri, istifadəçiləri və ya icarəçiləri tərəfindən maliyyələşdirilir.Balıqçılığın elmi təminatı məqsədli proqramlar əsasında dövlət vəsaiti və Fondun vəsaiti hesabına müvafiq elmi-tədqiqat müəssisələri tərəfindən həyata keçirilir.”;
38. 34-cü maddə üzrə:
38.1. adında və birinci hissədə (hər iki halda) “ehtiyatlarına” sözü “və digər su bioresurslarına” sözləri ilə əvəz edilsin;
38.2. birinci hissədə “əhəmiyyətli su hövzələrində” sözləri “su obyektlərində” sözləri ilə əvəz edilsin;
38.3. ikinci hissədə “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə, “balıqtəsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilsin;
39. 35-ci maddə üzrə:
39.1. adı aşağıdakı redaksiyada verilsin:
“Balıq və digər su bioresurslarının mühafizəsi və akvakulturanınstimullaşdırılması”;
39.2. birinci hissədə “balıq ehtiyatlarının artırılması, bərpası və” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin, “mühafizəsi” sözündən sonra “və akvakultura” sözləri əlavə edilsin;
39.3. ikinci hissədə “ehtiyatlarından” sözü “və digər su bioresurslarından” sözləri ilə,“ödənişlərin və qeyri-qanuni balıq ovuna görə” sözləri “ödələmələrin vəbalıq və digər su bioresurslarının qeyri-qanuni ovuna” sözləri ilə, “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
39.4. aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Akvakultura ilə məşğul olan fiziki və hüquqi şəxslərə Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilən hallarda və qaydada vergi azadolmaları və güzəştləri tətbiq edilir.”;
40. 36-cı maddə üzrə:
40.1. adında, birinci və ikinci hissələrdə “balıq ehtiyatlarının” sözləri “balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
40.2. adında “dövlətlərarası” sözü “beynəlxalq” sözü ilə əvəz edilsin;
40.3. ikinci hissədə “razılaşmalar, sazişlər və” sözləri “beynəlxalq” sözü ilə əvəz edilsin;
41. 37-ci maddə üzrə:
41.1. adında, birinci və üçüncü hissələrdə “ehtiyatlarından”sözü “və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
41.2. üçüncü hissədə “dövlətlərarası müqavilələri, sazişləri” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələr” sözləri ilə əvəz edilsin;
42. 38-ci maddənin adında, birinci, ikinci və üçüncü hissələrdə “ehtiyatlarından” sözü “və digər su bioresurslarından” sözləri ilə əvəz edilsin;
43. 39-cu maddədə “dövlətlərarası”sözü “beynəlxalq” sözü ilə, “ehtiyatlarının” sözü “və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin;
44. 41-ci maddə üzrə:
44.1. ikinci hissədə “dövlətlərarası müqavilələrinə” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələrə” sözləri ilə əvəz edilsin, “,sazişlərinə” sözü çıxarılsın;
44.2. üçüncü hissədə “su hövzələrində” sözləri “balıqçılıq su obyektlərində” sözləri ilə, “beynəlxalq müqavilələrində” sözləri “tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə” sözləri ilə əvəz edilsin;
45. 42-cu maddənin adından “fəaliyyəti” sözü çıxarılsın, mətnində “və balıq ehtiyatlarının” sözləri “,balıq və digər su bioresurslarının” sözləri ilə əvəz edilsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 27 iyun 2014-cü il
No– 1015-IVQD
Fayl şəklində yüklə